Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bir məktubun izi ilə...

Bir məktubun izi ilə...
4-03-2021, 13:15 1 031 dəfə baxılıb

Vetenim-Azerbaycandir,az
  Bəli, bu yazını qələmə alanda, çox düşündüm və qərara gəldim ki, bu başlıq daha real, daha doğrudur. Bir qədər uzaqdan başlayım... Doğma vətənimiz Azərbaycan... Sinənə çox dağlar çəkildi, çox parçalandın... Hamısına dözdük... Amma, son 30 ildə Azərbaycanın döyünən ürəyi olan Dağlıq Qarabağın mənfur qonşularımızın əsarəti altında olmasına dözə bilmədik... Nəhayət, 2020-ci il sentyabrın 27 - də, düşmənin növbəti dəfə atəşkəsi pozması nəticəsində, Ali Baş Komandanın əmri ilə müzəffər ordumuz torpaqlarımızı geri almağa başladı. Və nəhayət, bir neçə rayonu və sonda, noybrın 8- də Şuşa şəhərini düşməndən azad etdik. Biz, Azərbaycan Xalqı olaraq bu qələbəni, Ali Baş Komandan, Cənab Prezidentimiz İlham Əliyevin güclü siyasəti, Şəhidlərimizin qanı və Qazilərimizin canı bahasına əldə etdik. Bu, Vətən müharibəsində Gəncəyə və digər şəhərlərimizə atılan ballistik raketlər günahsız insanların ölümünə səbəb oldu. Bu hadisələri böyüklərlə yanaşı, məktəblilər də gördülər və şahid oldular. Hamı istəyirdi ki, müzəffər, şanlı Ordumuzun əsgərlərini ruhlandırsın, dəstək olsun. "Əsgərə məktub" yazan şagirdlərimiz də oldu. Belə şagirdlərdən biri də, Əliyev Eyyub Gündüz oğludur. Eyyub, 3 - cü sinifdə oxuyur. Dərs əlaçısıdır. Onun yazdığı məktub... ünvanına çatıb... Belə ki, sözügedən məktubu alan Kərimov Məmmədtağı Yaşar oğlu, həmin məktubun izi ilə, Gəncə şəhər, N. Nərimanov adına 25 nömrəli tam orta məktəbə qonaq gəlmiş, məktəbin direktoru Səmadil xanım Əliyeva ilə görüşmüş, məqsəd və məramını ona bildirmişdir. Onlar, Eyyubun oxuduğu sinfə daxil olan zaman, Səmadil müəllimə həmin şagirdin kim olduğunu tapmağı Məmmədtağı qardaşımızdan xahiş etmişdir. Həyəcanlı anlar... Və, əsgər, qazimiz Məmmədtağı... bir baş Eyyubun yanına addımladı, onu qucaqlayıb, bağrına basdı... Səmadil xanım bunun nədənini soruşduqda, Məmmədtağı qardaşımız bildirdi ki, bu uşağın, yəni Eyyubun gözlərindəki sevinc dolu yaşları, həyəcanı gördüm, duydum, hiss etdim.. 19.06.1993cü ildə Gəncədə anadan olmuş Kərimov Məmmədtağı Yaşar oğlu 21.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Silahlı qüvvələrinin  çağrışa getmiş və 27.09.2020-ci ildə başlamış 10.11.2020 - ci ildə Azərbaycan Müzəffər Ordusunun Qələbəsinə bitən 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması döyüşlərdə iştirak etmişdir. Həmçinin təcavüzkar Ermənistan silahlı qüvvələrinin əsgərləri tərəfindən əsir götürülmüş Bayram Yaşar oğlu Kərimovun qardaşıdır.  Kərimov Məmmədtağı 25.12.2020-ci il tarixdə təxris olunmuşdur. 
Kərimov Məmmədtağı Yaşar oğlu Qarabağ, Kəlbəcər, Füzuli və Qubadlının işğaldan azad olunmasına görə medallarla təltif edilmişdir.   Qazimiz öz kiçik hədiyyəsini, böyük ürək sahibi olan məktəbliyə təqdim etmiş, onunla xatirə şəkli çəkdirmişdir. Belə, vətənpərvər ruhda şagirdlər yetişdirmək, biz müəllimlərin öhdəsinə düşür. Bu məqsədlə Eyyub kimi şagirdlər yetişdirən Sadıqova Nailə müəlliməyə öz minnətdarlığımızı bildiririk. " Bir məktubun izi ilə" adlı hekayəmizdən görüntülərini diqqətinizə çatdırırıq...

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI