Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ankarada müalicə alan qazimiz və digər hərbi qulluqçular Qurban bayramı münasibətilə ziyarət olunublar

Ankarada müalicə alan qazimiz və digər hərbi qulluqçular Qurban bayramı münasibətilə ziyarət olunublar
10-07-2022, 19:58 242 dəfə baxılıb

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Silahlı Qüvvələrin hərbi attaşesi polkovnik Müşfiq Məmmədov, səfirliyin və Hərbi attaşelik aparatının əməkdaşları Ankara şəhərində yerləşən Gülhanə Tədris və Araşdırma Xəstəxanasında və Qazilər Fiziki Reabilitasiya Xəstəxanasında müalicə alan qazimizi, eləcə də digər hərbi qulluqçularımızı və onların ailə üzvlərini müqəddəs Qurban bayramı münasibətilə ziyarət ediblər.

'Vətənim-Azərbaycandır.az" Hərbi attaşelik aparatından AZƏRTAC-a verilən məlumata istinadən bildirir ki, görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Vətən müharibəsi iştirakçılarına, eləcə də qazilərin müalicəsinə göstərdikləri xüsusi diqqət və qayğıdan danışılıb. Qazimiz, hərbi qulluqçular və onların ailə üzvləri göstərilən diqqət və qayğıya, doğma münasibətə görə minnətdarlıqlarını ifadə ediblər.
Vurğulanıb ki, Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirmiş qazilərimiz və müxtəlif xəstəliklər səbəbindən müalicə alan hərbi qulluqçular daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, digər məsələlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər görülür.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

   

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI