Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Atanız Heydər Əliyevin töhfələrini unuda bilmərik”

“Atanız Heydər Əliyevin töhfələrini unuda bilmərik”
29-04-2024, 14:16 95 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ 


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmini qəbul edib.

VETENİM-AZERBAYCANDIR.AZ 

xəbər verir ki, görüşdə Azərbaycanın Çin üçün çox vacib tərəfdaş olduğunu vurğulayan qonaq ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini bildirib. Qeyd edib ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub və bu baxımdan o, Transxəzər dəhlizinin bu təşəbbüsün reallaşmasına, ümumilikdə Azərbaycanın bütün nəqliyyat qovşağının inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Yan Vanmin ölkəsinin Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə göstərilən hörməti hər zaman dəstəkləyəcəyini vurğulayıb, ölkələrimiz arasında qarşılıqlı etimadın daimi olacağına əminliyini bildirib.
COP29-un təşkilində də Çinin Azərbaycana dəstəyini qeyd edən qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə bu tədbirin uğur qazanacağına inamını ifadə edib.
Ulu Öndərin ölkələrimiz arasında münasibətlərin inkişafında roluna bir daha toxunan qonaq deyib: “Biz Çin-Azərbaycan münasibətləri haqqında danışarkən Sizin atanız Heydər Əliyevin töhfələrini unuda bilmərik. Çin xalqı çox yaxşı xatırlayır: Heydər Əliyev Prezident seçildikdən çox qısa müddət sonra - 1994-cü ildə Çinə səfər etdi və Çinin ovaxtkı rəhbərliyi ilə birlikdə xalqlarımız arasında əlaqələrin möhkəm təməlini qoydu. Heydər Əliyev o zaman xüsusilə Çin kəndinə gedərək sadə insanlarla görüşdü. Bu, Çin xalqının yaddaşında əbədi qalacaq. Siz bu gün atanızın siyasətini davam etdirərək Çinə altı dəfə səfər etmisiniz. Çin xalqı Sizə böyük hörmətlə yanaşır”.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI