Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

COP 29-da Qadın Həmrəyliyi

COP 29-da Qadın Həmrəyliyi
Bu gün, 13:02 81 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

​​​​İqlim dəyişiklikləri müasir dünyamızın ən böyük problemlərindən biridir. Buzlaqların əriməsi, quraqlıq, meşə yanğınları, ozon qatının deşilməsı, fəsillərin yer dəyişməsi, meyvələrin vaxtsız yetişməsi,  yoluxucu xəstəliklərin artması  kimi təbii fəlakət və hadisələrin həm ekosistemlərə , həm də insan həyatına böyük zərər verdiyinin şahidi oluruq. Bu qlobal böhranın həlli üçün beynəlxalq səylərin artırılması üzrə 2024-cü il noyabr ayında  Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə  Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29 -cu Sessiyası ( UNFCCC) dünyanın ekoloji problemlərinin həlli yolunda bir araya gəldiyi önəmli bir platformadır. Azərbaycan bu tədbirlə qlobal iqlim hərəkatında aktiv iştirakını, ölkəmizin ekoloji siyasətdəki Liderliyini təsdiqlədi.  
Bakı COP 29 , yalnız indiki nəslin deyil, həm də gələcək nəsillərin rifahını təmin etmək üçün qlobal əməkdaşlıq zərurətini bir daha önə çəkdi. Bakı , belə bir möhtəşəm tədbirə ev sahibliyi etməklə , ölkələr arasında körpü rolunu oynayaraq,qlobal həmrəyliyin simvoluna çevrildi. Ölkə Prezidenti cənab İlham Əliyevin çıxışı zamanı vurğuladığı "Qarabağda yaradılan "Yaşıl Enerji Zonası " layihəsi kimi təşəbbüslər, Azərbaycanın qlobal iqlim təşəbbüslərinə verdiyi töhfənin bariz nümunəsidir ". 
  COP 29  Bakı ,təkcə müzakirələr platforması deyil, həm də konkret addımların planlaşdırıldığı və qlobal həmrəyliyin gücləndirildiyi bir tədbir oldu. Bakıdan verilən mesaj sadə və təsirli idi : "Əl-ələ verərək dünyamızı və gələcəyimizi qoruya bilərik ".   
        Bir əsrdən çox tarixi ,10 minlərlə  üzvü olan "Azərbaycan Qadınları Respublika Cəmiyyəti " İ.B. və Vətəndaş Cəmiyyətinin  qadın təşkilatlarının liderləri , nümayəndələri ölkə başçısının çağırışlarını  dəstəkləyərək, ekoloji problemlərin həllində -  "Ekoloji Terrora "Yox " Deyək" , "Ağacəkmə Aksiyası" "Sağlam Gələcək ", "Ekoloji Monitorinq və Maarifləndirmə" tədbirlərində , kənd təsərrüfatında, ekoloji təmiz məhsulların yetişdirilməsində, yaşıl iqtisadiyyatın təbliğində  və digər layihələrin icrasında cəmiyyətin sosial-ekoloji həyatında həmrəylik nümayiş etdirdilər.
       Aygün xanım Əliyevanın rəhbərliyi ilə Təşkilatın qadınları 
Vəfa Abbasova , Gülbahar Məmmədova,  Dilarə Nağıyeva , Ətrabə Gül, Yeganə Mahmudova, Gülnarə Əmirquliyeva, İradə Hacıyeva, Məlahət Qəhrəmanova, Şəfiqə Nağıyeva , Natəvan Arif qızı , Salatın Quattroocchi,  QHT sədrləri  Qəmzə Yusubova, Zenfira Ağayeva , Nailə İsmayılova, Samirə Mustafayeva ,  Dünya Əliyeva , Fatma Hacıbəyli, Gülayə Səfərova , Fatma Allahyarova və minlərlə Azərbaycan qadını  Bakı COP 29 -da dövlət başçısının səsinə səs verərək , təbiəti qorumaq üçün birgə fəaliyyət göstərməyə hazır olduqlarını göstərdilər.
Onu da qeyd edim ki, Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizə təkcə diplomatik çərçivə ilə məhdudlaşmır. Ölkəmizdə ekoloji mədəniyyət uşaqlıqdan formalaşır. Təhsil proqramlarında ekoloji mövzulara geniş yer ayrılmışdır ki, uşaqlar erkən yaşlarından təbiəti qorumaq ruhunda tərbiyə edilirlər.  Ekoloji maarifləndirmə , uşaqlarda həm də təbiətə qarşı davranış qaydalarını formalaşdırır.
Azərbaycan davamlı inkişaf yolunda inamlı addımlarla irəlilədiyini bir daha təsdiq etdi.
Ölkə başçısı cənab İlham Əliyevə, onun siyasi və əqidə silahdaşı Xanım Mehriban Əliyevaya təşəkkürlərimizi bildirir, COP 29 -un yüksək səviyyədə keçirilməsində zəhməti olan hər kəsə minnətdarlığımızı bildiririk.

"AQRC"İ.B. sədri
Bahar Qasımova

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI