20:37 - QHT sədri medalla təltif olundu – FOTO
20:34 - Üç vəzifəli şəxsə şiddətli töhmət verildi
20:33 - COP29 ekoloji fəlakət yaşayan müstəmləkələrin hüquqlarının müdafiəçisi rolunda çıxış edə bilər
20:29 - Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
20:29 - Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
20:28 - Azərbaycanda fəlsəfə doktoru vəfat etdi
00:38 - Maştağa Mədəniyyət Mərkəzində MÜƏLLİMLƏR GÜNÜNƏ həsr edilmiş tədbir keçirildi.
10:51 - Müəllim adından yüksək, Şərəfli bir ad tanımıram. ULU ÖNDER.
13:08 - Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva müəllimləri təbrik etdi
16:26 - Latifa Orucun "Sirli gedişlər” və “Oyun Dövrəsi” kitablarının təqdimatı keçirilib- FOTO
02:48 - Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
02:45 - Dövlət orqanlarında təminedici və yardımçı struktur bölmələrin siyahısı təsdiqlənib
02:44 - Prezident general-mayoru rütbəsindən məhrum edib
02:37 - Prezident: "Azərbaycan qlobal iqlim fəaliyyətinə töhfə verən ölkədir"
00:04 - COP29 ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib
Mehriban xanım öz fəaliyyəti ilə Azərbaycan qadınının müsbət obrazını yaradıb.
Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsinə böyük ehtiramının ifadəsi olaraq Ulu Öndərin adını daşıyan Fondun prezidenti kimi müqayisəyəgəlməz fəallıq və təşəbbüskarlıq nümayiş etdirir. Mehriban xanım Əliyevanın təəssübkeşliyi, Vətənə, xalqa bağlılığı, daim qurub yaratmaq həvəsi ilə yaşadığı, gördüyü işdən mənəvi zövq aldığı rəhbərlik etdiyi Heydər Əliyev Fondunun reallaşdırdığı layihələrdə daha qabarıq şəkildə nəzərə çarpır. Ümumiyyətlə, xeyirxahlıq və humanizm Heydər Əliyev Fondunun istər ölkə daxilində, istərsə də xaricdə həyata keçirdiyi layihələrin əsas qayəsini təşkil edir.
Xüsusi olaraq vurğulanmalıdır ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti Ümummilli Liderimizin ideyalarına əsaslanır, Azərbaycanın inkişafına, milli məqsədlərin həyata keçirilməsinə müstəsna töhfələr verir. Fondun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz dəyərli - layiqli töhfəsini verir.
Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində də əhəmiyyətli təşəbbüslər irəli sürülür və müvafiq layihələr uğurla reallaşdırılır. Başqa sözlə, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində yaxından iştirak edir. Bu kontekstdə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramını xüsusi olaraq vurğulamaq lazımdır. Qeyd edək ki, bu proqramın müvəffəqiyyətlə icra olunması nəticəsində ölkəmizdə yeni məktəb binaları tikilərək istifadəyə verilib, müxtəlif təhsil ocaqlarının maddi-texniki bazası yaxşılaşdırılıb, eləcə də təhsilin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfələr verilib. Bununla yanaşı, Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxt Bakıda və regionlarda çoxsaylı uşaq bağçaları, körpələr evi, xüsusi təyinatlı uşaq müəssisələri əsaslı şəkildə və yüksək səviyyədə təmir olunub, bütün növ avadanlıqlarla təchiz edilib. Fondun “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində çoxsaylı internat və uşaq evləri yenidən qurularaq istifadəyə verilib. Bütün bunlar Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uşaqların, yeniyetmələrin təhsili və sağlamlığı üçün reallaşdırdığı layihələrin böyük əhəmiyyətini ortaya qoyur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün çoxmənzilli yaşayış binalarının inşa olunması da xüsusi əhəmiyyətə malikdir. Fond, eyni zamanda, bu vaxta qədər sağlamlıq müəssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi, qanvermə aksiyalarının keçirilməsi və bu kimi digər mühüm işlərin altına imza atıb.
Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də məqsədyönlü və ardıcıl iş aparır. Xüsusilə də Fondun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaratdığı internet portalı, müxtəlif dillərdə hazırladığı “Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətinə problemin səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb. Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar təqdim olunur. Şübhəsiz ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə əsası qoyulan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub. Bir sözlə, Heydər Əliyev Fondu tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər səmərəli nəticələr verir.
Mehriban xanım Əliyeva qlobal miqyasda böyük nüfuza malik olan ictimai-siyasi xadimdir
Mehriban xanım Əliyeva qlobal miqyasda böyük nüfuz qazanan ictimai-siyasi xadimdir. Ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, məşhur siyasətçilər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə görüşlərdə ona dərin hörmətlərini ifadə ediblər. Bu da ilk növbədə onunla bağlıdır ki, Azərbaycanın Birinci vitse-prezidenti daim ölkəmizin qlobal əməkdaşlığın dərinləşməsində rolunu artırmağa, eləcə də xalqımızın zəngin ənənələrinə əsaslanaraq Yer üzündə tolerantlıq, birgəyaşayış, sülh ideyalarının təbliğinə çalışır.
Qeyd etdiyimiz kimi, Mehriban xanım Əliyevanın fəaliyyəti həm ölkə miqyasında, həm də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Bunun göstəricisidir ki, Mehriban xanım Əliyeva indiyədək mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə, həmçinin ictimai, sosial və mədəni həyatda fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb.
Bütövlükdə, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının və dövlətinin mənafeyinə xidmət edir. Azərbaycanın Birinci vitse-prezidenti ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsinə, milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırılmasına xidmət edən səmərəli fəaliyyəti ilə xalqımızın dərin rəğbətini və sevgisini qazanıb. Birinci vitse-prezident təyin olunduqdan bir neçə gün sonra “Rossiya 1” telekanalının “Vesti nedeli” proqramına müsahibəsində yeni təyinatın üzərinə qoyduğu böyük məsuliyyət barədə danışan Mehriban Əliyeva “Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”, - deyə bildirirdi. Əminliklə söyləmək olar ki, o, buna müvəffəq olub.
Mehriban Əliyevanın özünün də vurğuladığı kimi, insanın malik olduğu imkanlar, eyni zamanda, Allah-Təalanın köməkliyi yüksək nəticələrin əldə olunmasına, qarşıya qoyulan məqsədlərə nail olmağa yol açır. Mehriban xanımın aldığı mükafatlar, fəxri adlar onun fəaliyyətinin nə dərəcədə çoxşaxəli olduğuna əyani sübutdur. Ən böyük mükafat isə xalqın sevgisidir. Dövlətimizin başçısı İlham Əliyev Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdim edərkən bildirib: “Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”. Ölkə Prezidentinin bu etimadını yüksək dəyərləndirən Mehriban Əliyeva “Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam” vədini verməklə, istər bu günədək Heydər Əliyev Fondunun prezidenti, istərsə də son 3 ildən artıq dövr ərzində Azərbaycanın Birinci vitse-prezidenti kimi bütün fəaliyyətini məhz bu prinsiplər üzərində qurub”.
Vətəninə sonsuz sevgisi, milli-mənəvi dəyərlərə dərin hörməti, ölkənin ictimai-siyasi həyatındakı xidmətləri, xalqa olan tükənməz sevgisi onun ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdəndir. Bacarıqlı siyasi fəaliyyəti, yüksəksəviyyəli təşkilatçılıq məharəti, özünəməxsus idarəçilik xüsusiyyətləri, humanist yanaşma tərzi sayəsində Mehriban xanım Əliyeva bu vəzifənin öhdəsindən ləyaqətlə gəlir.
Prezident İlham Əliyevlə birgə Mehriban xanımın ölkənin inkişaf strategiyasının hazırlanmasında, həyata keçirilməsində, həmçinin sosial, humanitar və iqtisadi layihələrin gerçəkləşməsində böyük əməyi var. Onun siyasi fəaliyyətinin kökündə humanizm dayanır. Mehriban xanım ölkənin sosial problemlərinin həllinə daha çox diqqət ayırır. O, hər zaman həssas əhali qruplarına qayğı ilə yanaşır, onların sosial ehtiyaclarının ödənilməsi üçün müxtəlif təşəbbüslər irəli sürür, bayramlarda, dövlətimiz üçün əlamətdar günlərdə onlara sovqatlar, hədiyyələr göndərilir.
Əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın birinci vitse prezidentlik fəaliyyətində göstərdiyi fəaliyyət, gördüyü işlər çoxşaxəli və misilsizdir. Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban Əliyevanın bu çərçivədə gördüyü işləri təhlil etsək, əmin olarıq ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafı içərisində çox böyük çəkiyə malikdir.
Bu gün ölkəmizdə elə bir sahə yoxdur ki, orada Mehriban xanımın adı çəkilməsin. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə böyük ekoloji layihələr də icra edilməkdədir. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanan "Hərəyə bir ağac əkək” kampaniyası hər il davam etdirilir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Həmçinin, Nəsimi ili çərçivəsində (2020-ci il) Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda 650 min ağac əkilmiş və Bakı şəhərində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmişdir. Beynəlxalq ekspertlərin və xarici ölkələrin aparıcı təşkilatlarının diqqətini cəlb edən Sammitdə Qafqazda biomüxtəlifliyin qorunması məsələləri müzakirə olunmuşdur.
Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini də uğurla tamamlayır. Birinci vitse-prezident kimi Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım Əliyeva ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir.
Bütün bu illər ərzində gərgin əmək sayəsində görülən işlər, həyata keçirilən çoxsaylı layihələr, əldə edilən uğur və nailiyyətlər, ən əsası da milli dəyərlərə sadiqlik Mehriban xanım Əliyevaya xalqın rəğbət və sevgisini qazandırdı. Mehriban xanım Əliyeva öz fəaliyyətində hər zaman millətin dili, mədəniyyəti, tarixi və milli-mənəvi dəyərlərinə sadiq qalmışdır. Mehriban xanım Əliyeva özünün çoxşaxəli fəaliyyətini bu amillər üzərində qurmuşdur. Bütün varlığı və əzmkar fəaliyyəti ilə Azərbaycançılıq ideologiyasına xidmət edən Mehriban xanım Əliyeva dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir. Və bu fəaliyyət hər bir azərbaycanlının ürəyincədir. Hər bir ölkə vətəndaşı tərəfindən sonsuz minnətdarlıq hissi ilə qarşılanır.
Mən Fərid Şərifov qeyd etmək istəyirəm ki Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir.
Dəyərli Mehriban xanım siz şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərirsiniz. Mən bir gənc kimi bildirmək istəyirəm ki Hörmətli Mehriban xanım siz ölkə prezidenti cənab İlham Əliyevin həyat yoldaşı olmaqla yanaşı, ailəsinə sədaqəti, işgüzarlığı, layiqli məsləkdaşı olmağınızın nəticəsidir ki, dövlətimiz daha da güclənir, regionda öz nüfuzunu qazanaraq söz sahibinə çevirilir.
Hörmətli Mehriban xanım sizi xalqa sevdirən əsas məqamlar sizin xeyirxahlıq, mərhəmət, şəfqət kimi ülvi hisslərə və insani dəyərlərə malik olmağınızdır.
2018-ci ilin aprelində yenidən dövlət başçısı seçildikdən sonra Prezident İlham Əliyevin ilk imzaladığı Fərman məhz şəhid ailələri ilə bağlı idi. Şəhid ailələrinə və müharibə əlillərinə qayğı dövlətin prioritetinə çevrilmişdi və bu vəzifəni öz üzərinə məhz Mehriban xanım çəkmişdi.
Müharibə əlillərinin əksəriyyəti Birinci vitse-prezident Mehriban xanımın köməyi ilə dünyanın nüfuzlu xəstəxanalarında müalicə alır. Onun rəhbərliyi altında Heydər Əliyev Fondu “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini həyata keçirir. Ötən müddət ərzində yüzlərlə zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub. II Qarabağ müharibəsində şəhid və qazi olanların ailələrinə də eyni şəkildə qayğı göstərilir.İllər keçdikcə ümumilikdə şəhid və qazi ailələrinin sosial müdafiəsi daha da gücləndiriləcək.
Sevgi və hörmət insanın öz şəxsi keyfiyyətləri, xarakter özəllikləri əsasında qazanılır.
Bu statusda Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı müasir dünyada nümunəvi fəal qadın və siyasi xadim kimi də qəbul edilir. Əlbəttə, birinci vitse-prezident Mehriban Əliyevanın bütün bu fəaliyyətləri və xidmətləri Azərbaycan xalqını sevindirir, cəmiyyət layiqli dövlət adamı ilə qürur duyur. Mən Fərid Şərifov bildirmək istəyirəm ki, Birinci vitse prezident Mehriban xanım Əliyeva Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb.Mehriban xanım Əliyeva sadəliyi və xeyirxahlığı ilə çox böyük sevgi qazanıb.
Mehriban xanımın ictimai-siyasi fəaliyyəti o qədər zəngin və parlaqdır ki, onu bütün incəliklərinə qədər təsvir etmək, sadalamaq, xatırlamaq qeyri mümkündür. Bu mənada Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərin miqyasına nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil.
Mehriban xanım öz fəaliyyəti ilə Azərbaycan qadınının müsbət obrazını yaradıb.
Mən həmçinin Mehriban xanımın Birinci xanım institutunun yaranmasındakı rolunu qeyd etmək istərdim.
Hörmətli Mehriban xanım Xalq sizin mərhəmətinizi, diqqətinizi, qayğınızı sevdi.
Son olaraq qeyd etmək istəyirəm ki:
O Xalqımızın, Bizim Mehribandır.
Hörmətlə YAP üzvü, Birinci xanım Mehriban Əliyevanın könüllüsü, Nərgiz Fondunun əməkdaşı, Paşa Holdinqin əməkdaşı Fərid Şərifov