Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ZƏFƏRİN MÜBARƏK AZƏRBAYCAN..

ZƏFƏRİN  MÜBARƏK  AZƏRBAYCAN..
28-04-2024, 14:49 120 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ 


Qürur hissilə deyə bilərik ki, Müstəqil Azərbaycanın Zəfəri zəfərlə davam edir. İstər döyüş meydanında, istər siyasi-iqtisadi müstəvidə, istərsə idman arenasında xalqımıza  qürurverici hisslər yaşadan mərd övladlarımızla fəxr edirik. Uğurlu zirvələri fəth edən, daha bir eloğlumuz erməni rəqibinə qalib gəldi. MƏMMƏDOV ANAR ŞAHİN oğlu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığı inamlı qələbə dünya TÜRKLƏRİNƏ sevinc bəxş etdi. Bu uğur eyni zamanda xalqımızın yüksək intelektual potensialının bariz göstəricisidir. Erməni rəqibi güclü əks-təzyiq göstərməsinə baxmayaraq, mərd idmançımız konsentrasiyasını qoruyub saxlamağı bacardı. Qeyd etmək istəyirəm ki, peşəkar idmançımızın məqsədi rinqdə milliyyətindən, dinindən, irqindən asılı olmayaraq, "kimi" isə məğlub etmək deyil, Azərbaycan Respublikasının bayrağını yüksəklərə ucaldıb, Azərbaycan Himni sədaları altında dünya arenasında turnirin qalibi kimi Vətənini tərənnüm etməkdir. Baş redaktor Kamran Orucov eyni zamanda Çümpionumuzun dayısı Hacıyev Şahmar başda olmaqla, Vətənim Azerbaycandır.az informasiya agentliyinin kollektivi adından fəxrimiz  Məmmədov Anar Şahin oğluna bu çətin, məsuliyyətli və şərəfli  peşəsində uğurlar diləyirik.Anar Şahin oğlunun erməni rəqibinə qalib gəldiyi həmin qürurverici möhtəşəm döyüşü sizə təqdim edirəm.
Vətənim Azerbaycandır.az informasiya agentliyinin icraçı direktoru: Naile Muradova.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI