18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
BAKIDA BEYNƏLXALQ CAZ GÜNLƏRİ KEÇİRİLİR
■
Aprel-may aylarınfa Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının, ADA Universitetinin təşəbbüsü və layihəsi üzrə, həmçinin Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Beynəlxalq Caz Günü tədbirləri keçirilir.
Tədbirlər silsiləsi aprelin 28-də Beynəlxalq Muğam Mərkəzində “Qaya” Dövlət Ansamblının konserti ilə başlandı. İki hissəli konsertin əvvəlində Üzeyir bəyin “Arşın mal alan” musiqili komediyasının motivləri əsasında işlənmiş fantaziya səsləndi. Layihənin rəhbəri və xor səhnələrinin aranjiman müəllifi müasir “Qaya” ansamblının yaradıcısı, xalq artisti Rauf Babayevdir. Fantaziya nömrələrinin orkestr üçün aranjimanı isə bəstəkar Nazim Əhmədova məxsusdur.
Konsertin ikinci bölməsinində ansamblın ifasında caz musiqisinin məşhur vokal və instumental standart mövzuları səsləndi. Həmçinin ansamblın repertuarındakı yeni kompozisiyaıar da təqdim olundu. Konsert boyu tamaşaçılar ifaçıları sürəkli alqışlarla müşayiət etdilər.
Mərkəzin rəhbərliyi və xüsusən Baş Administraroru Agdes Baghirzade xanımın "Vətənim_Azərbaycandır.az" Portalının əməkdaşları olaraq mənə və Kamran Orucov 'a yaratdıqları şəraitdən istifadə edərək bu tədbiri Facebook, İnstagram şəbəkələrində, "İncəsənət xalqa məxsusdur" xüsusi səhifəsində, yuxarıdavadı çəkilən Portalda və onun tərkibindəki daha iki saytda yayımlayırıq. Səhər hazır olacaq film-konsert isə bu sadalananlardan başqa mənim YouTube kanalımda və TikTok akkauntumda da paylaşılacaq.
Konsertə olan marağı nəzərə alaraq film-konsert hazırlayıram. Hələlik isə bir video fraqment və fotoları təqdim edirəm.
■
ETİBAR ƏLİYEV
28 aprel 2024 il