Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Milli dəyərlərimizə hörmətsizlik edən mədənyyət işçiləri

Milli dəyərlərimizə hörmətsizlik edən mədənyyət işçiləri
9-07-2022, 18:09 216 dəfə baxılıb

"Vətənim-Azərbaycandır.az" Dünyaxeber.org istinadən xəbər verir ki,Bu gün Şəki şəhərinə dostlarla ,qonaqlarla gəzintiyə getmişdik. “Şəki günü” nə özəl olaraq hər yerdə konsert təşkil olunmuşdur. Müxtəlif ölkələrdən gələn turistlər də bol idi .Həmçinin ölkə daxilindən turla gələnlər də az deyildi. Ancaq gördüyüm bir nüans heç xoşuma gəlmədi və orada da irad bildirməyi özümə borc bildim .

Xan sarayının həyətində Sənətkarlar evi adlanan bir yerdə Xanın stolu ,Azərbaycanın qədim sandıqları , hansı ki həmin sandıqlarda gəlinlər üçün cehiz verirlər,baş kalayağıları,bir sözlə milli dəyərlərimiz olan otaqdır.Otağın bir küncündə aşağıda stolun üstündə düzəltmə xaç var .Xaçın milli dəyərlərimizin arasında yer alması bir azərbaycanlı kimi inanın ki ,mənə çox pis təsir etdi.əməkdaşlarına sual verdim ki,bu xaç nə üçün milli dəyərlərimizlə bir otaqda yer alıb ? bildirdilər ki – gələn qonaqlar üçündür .Mənə bir şey maraqlıdır xaçın gələn qonağa nə aidiyyatı var ,elə Azərbaycanımızın bu qədər tanınması Milli dəyərləri ola- ola xaç nəyə lazımdır? Hansı ölkədə o ölkənin dəyərləri olan bir yerdə Azərbaycanın bayrağını və gerbini qoyarlar .Niyə bizim millət bu qədər başqa ölkələrə önəm verir ,sabah bir xaçpərəst gəlib deyəcək ki,Xan da bizimdi ,saray da , necə ki,ermənilər Milli dəyərlərimizi bir vaxtlar özlərinə çıxdıqları kimi .

Milli dəyərlərimizə hörmətsizlik edən mədənyyət işçiləri Milli mənəvi dəyərləri ayaqlar altına atmaq nə qədər düzgündür?Biz millət olaraq, Milli kimliyimizi, bir xalq olaraq varlığımızı digər etnoslardan fərqləndirə bilməliyik! Xüsusən mədəniyyəti təbliğ edənlər dəyərlərə, tarixi və mədəni yaddaşımıza sahib çıxmalı , beynəlxalq aləmdə tanıtmağı və qorumağı özlərinə borc bilməlidirlər!

"Vətənim-Azərbaycandır.az" 
 Xanım Nurullayeva.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI