Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

17:40 - İlham Əliyev: “Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”

17:37 - Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

17:36 - Azərbaycan-Ermənistan sərhədində ilk dirək: Normallaşmanın başlanğıc nöqtəsi - ŞƏRH + FOTO

17:31 - Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

17:28 - YUBİLEY TƏBRİKLƏRİ.

16:52 - Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”

16:26 - Azərbaycan Prezidenti: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”

16:25 - Prezident: “Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri artıq bilirik”

16:23 - Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

16:22 - Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

11:45 - Əliyev: "Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir"

21:20 - RAFİQ MÜƏLLİM 70 İLLİK YUBİLEYİNİZ MÜBARƏK

16:23 - BİZİM DOĞMA TORPAĞIMIZ ZƏNGƏZUR, GÖYÇƏ MAHALI, İRƏVANDIR. İLHAM ƏLİYEV.

16:21 - Verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir

12:32 - Keçmiş məcburi köçkün: “Altı yaşında Füzulidən çıxdıq, indi isə altı yaşlı övladımla geri qayıdıram” - FOTO

26 iyun Silahlı Qüvvələr Günü Atatürk mərkəzində Qazi- yazar Həşim Mədətovun qələmə aldığı "Qalibiyyətin səkkiz anı" adlı möhtəşəm kitab təqdimat mərasimi keçirildi.

26 iyun Silahlı Qüvvələr Günü Atatürk mərkəzində Qazi- yazar Həşim Mədətovun qələmə aldığı "Qalibiyyətin səkkiz anı" adlı möhtəşəm kitab təqdimat mərasimi keçirildi.
26-06-2022, 20:44 556 dəfə baxılıb

26 iyun Silahlı Qüvvələr Günü Atatürk mərkəzində Qazi- yazar Həşim Mədətovun qələmə aldığı "Qalibiyyətin səkkiz anı" adlı möhtəşəm kitab təqdimat mərasimi keçirildi. Qeyd edək ki kitabın müəllifi Həşim Mədətov 2021-ci il 27 sentyabrda könüllü olaraq Vətən Müharibəsinə yola düşüb. III qrup Qarabağ Əlili, Vətən müharibəsi qazisidir. 

Əvəzolunmaz zəfərimizə həsr olunmuş kitab Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, "Əməkdar İncəsənət Xadimi" Fəxriyyə xanım Xələfovanın təşəbbüsü və "Sahibkar Qadınlar İctimai Birliyinin" maliyyə dəstəyi ilə çap olunmuşdur. Tədbiri giriş sözü ilə AVMVİB müşaviri şairə publisist, kitabın redaktoru Nəsibə İsrafilqızı açmışdır. Təqdimat mərasimində 44 günlük Vətən müharibəsinin Qaziləri, ictimaiyyət nümayəndələri, müxtəlif iş adamları, mətbuat nümayəndələri, yazarlar, İctimai Birlik rəhbərləri iştirak etmişdir.Kitabın redaktoru Nəsibə İsrafilqızı əziz gün münasibəti ilə hər kəsi təbrik etmiş və "Qalibiyyətin səkkiz anı" kitabının ərsəyə gəlməsində olan məqamlardan bəhs etmişdir. 
Tədbirdə qazilərimiz çıxışlar edərək günün mahiyyəti haqqında danışdılar. Daha sonra kitabın ərsəyə gəlməsində bilavasitə rolu olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, "Əməkdar İncəsənət Xadimi" Fəxriyyə xanım çıxış edərək belə bir kitabın labüdlüyünü vurğulamışdır. Davamında isə "Vətənim-Azərbaycandır" az. və  44Gün.org- un təsisçisi və baş redaktoru Kamran Orucov  çıxış edərək  mətbuat nümayəndələri adından, yazarımız  Həşim Mədətovu təbrik etmiş, belə kitabların gənc nəslin təlim-tərbiyəsində mühim və müstəsna rolu olduğunu vurğulamışdır. Yazar Həşim Mədətovun isə öz çıxışında bütün tədbir iştirakçılarını salamlamış, bayram münasibəti ilə  təbrik etmiş, və tədbirdə iştirakları üçün təşəkkürlərini ifadə etmişdir. Sonda isə Uşaq Musiqi Məktəbinin şagirdləri Qarabağımıza həsr olunmuş musiqilər səsləndirmişdirlər.

Nəhayət Şirinova
İctimaiyyətçi, yazar.
ADPU Quba filialının əməkdaşı.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Vətənim-Azərbaycandır. az xəbərlər informasiya portalının redaktoru.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI