00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
00:39 - Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
00:38 - Nazir sabiq direktora vəzifə verdi
20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
Dövlət iki şeydən sarsıla bilər. Günahkar cəzasız qalanda, Günahsız cəza alanda. Ulu Öndər..
Onun xeyriyyəcilik fəaliyyəti öz insani keyfiyyətlərinin təzahürüdür.
Söhbət Azərbaycanın Sahibkar -Xeyriyyəçi Hacı Xanımı Zərintac İsmayılova və ona haqsızlıq edən məmurlardan gedir..
Ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən çətin, məsuliyyətli, eyni zamanda şərəfli günlərdə Sahibkar-Xeyriyyəçi Hacı Zərintac xanım İsmayılova bütün varlığı ilə maddi və mənəvi dəstək göstərərək dövlətimizi dəstəkləmiş və Şəhid, Qazi ailələrinin, imkansız millətin yanında olmuşdur. Belə bir dövrdə Abşeron rayon "Riyad Bizim EV"- ticarət mərkəzinin nəznində fəaliyyət göstərən, Zərintac xanımın Sahibkarı olduğu "Dostluq-Z" mebel mağazasında satıcı kimi çalışan Abdullayeva Həcər Əhmədşah qızı öz mənfur niyyəti ilə Hacı xanımın saflığından və ehtibarından istifadə edərək tora salmışdır.
Indi isə təfərrüatları ilə: Hacı Zərintac xanım öz xeyriyyəçi əməlinə sadiq qalaraq 05.2018 - 16.09.2019cu il ərəfəsində işlə təmin edib, çörək verdiyi "qızılbarmaq satıcısı" Həcər Əhmədşah qızı- nə az, nə çox 160 000 Azn dəyərində nəğd pula mağazadakı mebelləri sataraq, sahibkardan gizli mənimsəmişdir. Yəni.. İş yerindən Oğurluq edərək, çörəyinə haram qatıb, yediyi qaba tüpürmüşdür(üzr). Bu nankora başqa ad verə bilmədim. Zərərçəkən Sahibkar Zərintac xanım Abdullayeva Həcərin dələduzluq faktlarını sübuta yetirib, 28.09.2019cu il tarixində Abşeron RPİ.nə ərizə ilə müraciət etmişdir. Abşeron RPİ.nin İŞ.nin baş müstəntiqi, polis mayoru Əsgərov Eldəniz Zöhrab oğlunun iştirakı ilə verilən şikayyət materiallarını araşdırmaq məqsədilə sözü gedən cinayyəti törədən Abdullayeva Həcər Əhmədşah qızını Abşeron RPİ.nin İŞ.nə dəvət edərək izahatını almışlar. İzahatda Həcər Abdullayeva satıcı işlədiyi "Dostluq-Z" mebel mağazasının sahibkarı Hacı Zərintac xanımın şikayəti əsasında, izahat ərizəsini olduğu kimi təsdiqləmiş və 160 000Azn. dəyərində mağazadan mebel satıb pulunu sahibkardan gizlətdiyini etiraf etmişdir. Zərərçəkmişə dəymiş ziyanın bir qismini eyni anda yerindəcə Abşeron RPİ.nin İŞ.də baş müstəntiqi, polis mayoru Əsgərov Eldəniz Zöhrab oğlunun müşayəti ilə ödəyərək, bununla belə bu işdə birbaşa cinayətkar olduğunu təsdiqləyərək sübuta yetirmişdir. Əsas qanunsuzluqlar bundan sonra başlamışdır. Abşeron RP.nin İŞ.nin baş müstəntiqi, polis mayoru Əsgərov Eldəniz tərəfindən işə xitam verilməsi barədə 07.11.2019cu il tarixli qərar qəbul edilmişdir. Qərarda zərərçəkmiş Zərintac xanımın şikayəti əsasında cinayyət işinin başlanması baxılmadan rədd edilmişdir. Bu cinayyət işinin gedişindən cəsarət alıb ruhlanan Həcər Əhmədşah qızı özünü sərbəst apararaq, istintaqın birinci mərhələsində verdiyi ifadələri danaraq, yalan ifadələr verməklə 2ci cinayyətə yol açmışdır. Rədd edilən cinayyət işi bəraət almaq üçün Abşeron rayon Prokurorluğuna təqdim edildikdən sonra İstintaq materialları araşdırılaraq 05.12.2019cü il tarixində Prokurorluq tərəfindən "rədd edilmiş cinayyət işi" ləğv edilərək, yenidən Abşeron RP.nin İŞ.nin baş müstəntiqi, polis mayoru Əsgərov Eldəniz Zöhrab oğluna geri təqdim olundu. Bu quzunu qurda tapşırmaq deyilsə, bəs nədir ?! Oğrusu bəlli olan və oğrunun öz dili ilə etiraf olunan hətta oğurlanmış vəsaitin bir qismini RPİ.nin İŞ.ində, polis mayoru Əsgərov Eldəniz Zöhrab oğlunun iştiraki ilə ödənilən cinayyət işini"RONDO"- melodyasının senarisi üzrə rəqs etmək kimə və nəyə lazımdır...?! Artıq hamımıza aydın olur... Hal hazırda sözü gedən cinayyət işi araşdırıldıqdan sonra material Azerbaycan Respublikası CM178ci maddəsi ilə cinayyət işi başlanması məsələsinə baxılması üçün Respublika baş Prokurorluguna göndərilmişdir. Sözün qısası.. Abşeron RPİ. nin İŞ.si, Azerbaycan Bas Prokurorluğu ilə şikayyət ərizələrini topa çevirib voleybol yarışına start veriblər..
Allah sizi haqq yoluna döndərsin. Sahibkar Hacı Zərintac xanımın Vətən və Vətənə xidmət edən məmurlara bəslədiyi yüksək ümidləri boşa çıxıb.. və deyir...
"Mənə elə gəlir ki, tərəfimdən verilmiş şikayyətin yenidən "rədd edilmiş" qərarı verən, eyni qurumda aparılması mənasızdır."
Belə gətirməyin məzlumu dilə,
Oruç tut, namaz qıl, sən tövbə elə.
Getsən də Məkkəyə, müqeddess elə,
Örtsə də suçunu Mələklər belə,
Düşünmə, İLAHİ günahdan silə.
Bunça boşa getdi zamanım, anım
Dövlət qanununa sizcə inanım ?!
Millətin Dövlətə qarşı durmasına şərait yaratmayın ay məmurlar..
Nuridə Məmmədova
'Vətənim-Azərbaycandır.az"