“Palmali Qrupu” Qarabağ müharibəsində eyni gündə şəhid olmuş İman və Bəhram Məmmədzadə qardaşlarının adlarını daşıyan yük gəmisini Yalovadakı Aykın Gəmiqayırma Zavodunda Mübariz Mənsimov və ailəsinin də iştirak etdiyi mərasimlə suya buraxıb.
Uzunluğu 140, eni 17 metr və daşıma qabiliyyəti 7500 DWT olan nəhəng tanker Yalovadakı Aykın Gəmiqayırma Zavodundan yola salınıb. Bildirilib ki, 44 gün davam edən və Azərbaycanın 3000 əsgərini itirdiyi Dağlıq Qarabağ müharibəsində eyni gündə şəhid olmuş İman və Bəhram qardaşlarının adlarına dünya sularına çıxan gəmi ərzaq, xüsusən də Türkiyə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən günəbaxan və digər bitki yağları məhsulları daşıyacaq”.
Bundan sonra hər gəmilərə şəhidlərimizin adları veriləcək “Palmali Holding”in sahibi, iş adamı Mübariz Mənsimov İman və Bəhram Məmmədzadə qardaşlarının adlarını daşıyan gəminin suya buraxılmasını mühüm hadisə kimi qiymətləndirərək deyib: "İman və Bəhram Rusiyada təhsillərini davam etdirə, Azərbaycana qayıdıb müharibəyə qatılmaya bilərdilər. Lakin onların milli ruhu valideynlərinin sayəsində o qədər güclüydü ki, qardaşlar Rusiyadan Azərbaycana gəlib vətən müharibəsinə girdilər. Bu, anası, atası və hər bir azərbaycanlı üçün qürurverici bir hərəkətdir. Allah məkanlarını cənnət eləsin. Qardaşlarımız artıq Cənnətdədir.
Allah hər kəsə şəhidlik nəsib etməz. Şəhidlər Allahın seçilmiş insanlarıdır. Bundan sonra biz – “Palmali ailəsi” kimi az da olsa, şəhidlərimizin ruhunu şad etmək üçün donanmamızda olanları dəyişməklə və yeni qoşulan gəmilərə şəhidlərimizin adlarını verəcəyik.
Şəhidlərin adlarını yaşatmaq müqəddəs işdir Mərasimdə şəhidlərin atası Elman Məmmədzadə və anası Hicran Məmmədzadə də iştirak edib. Hicran ana göz yaşlarına hakim ola bilməsə də, Elman ata “Palmali” ailəsinə minnətdarlığını söyləyərək deyib: “Şəhidlərin adlarını ucaldanlar, əbədiləşdirənlər müqəddəs iş görürlər. Uşaqlarımın ən böyük arzusu gəmi kapitanı olmaq idi və bu məqsədlə Rusiyanın Həştərxan şəhərində təhsil almağa getmişdilər. Övladlarım Vətən uğrunda şəhid oldular, amma arzuları gerçəkləşdi. Onların arzusu Mübariz Mənsimov tərəfindən həyata keçirildi. Bunun üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm”.
Gəmi üçün hazırlanmış qızıl sikkə şəhid qardaşların ailələrinə təqdim edildikdən sonra İman və Bəhram Məmmədzadə qardaşlarının adlarını daşıyan gəmi dənizə açılıb.Yalovanın “Doğru yol” tərsanəsindən gəmi aprelin 26-dan dünya sularına yola düşəcək.
Qeyd edək ki, Vətən uğrunda eyni gündə şəhid olan iki qardaş -
İman və Bəhram Məmmədzadələr 44 günlük İkinci Qarabağ müharibəsində igidlikləri ilə seçiliblər. Qardaşlar hərbi xidmətə eyni gündə yola salınıb, eyni hərbi hissədə xidmət ediblər və eyni gündə də qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıblar.
Bakı şəhərinin Binə qəsəbəsində doğulan, əslən Lerikdən olan 22 yaşlı İman və 20 yaşlı Bəhram Məmmədzadələr Rusiyada ali məktəbi bitirdikdən sonra Bakıya gələrək hərbi xidmətə çağırılmalarına 1 il qalmasına baxmayaraq, hərbi komissarlığa gedib könüllü şəkildə Azərbaycan Ordusuna yazılıblar. 2020-ci il sentyabrın 27-də döyüşlər başlayanda ilk olaraq cəbhəyə yola düşüblər. Füzuli, Cəbrayıl və Zəngilanın işğaldan azad olunmasında iştirak ediblər. Qardaşlar noyabrın 2-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi uğrunda gedən qızğın döyüşlərdə şəhid olublar. Şəhid qardaşlar İman və Bəhram "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif ediliblər.
Xatırladaq ki, Mübariz Mənsimov başda olmaqla “Palmali Holdinq” İdarə Heyətinin qəbul etdiyi qərara əsasən, şirkətə məxsus gəmilərin adları dəyişdirilərək Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin adları verilir. Məqsəd Azərbaycan şəhidlərinin adlarını ucaltmaq və dünya sularında tanıtmaqdır. İlk gəmiyə şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib və “General Polad Hashimov” gəmisi 30 mart tarixində Türkiyədən dünya sularına yola salınıb.
Bütün bu olanlardan təsirlənən Azərbaycanın vətənpərvər şairəsi, “Vedibasar” qəzetinin redaktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin müşaviri, İzmirdə fəaliyyət göstərən Çağdaş Azərbaycan Kültür Dərnəyinin Azərbaycan nümayəndəsi
Nəsibə İsrafilqızı Azərbaycanın xeyriyyəçi iş adamı Mübariz Mənsimova “Qeyrət qalası” adlı şeir həsr edib.
Qeyrət qalasıSən Odlar yurdunun qeyrət qalası,
Mübariz övladı, ərən balası,
Sən Turan elinin ərmağanısan,
Mərdlik nümunəsi, türklük qanısan.
Sən cahan mülkünün Ay-Günəşisən,
Könüllər taxtının pir atəşisən.
Sənin şərəfinlə çağladıq, coşduq,
Şəninə nəğmələr, dastanlar qoşduq.
Sarıldıq amana, sarıldıq aha,
Səsimiz yetişdi böyük ALLAHA.
Abidə ucaltdın şəhidlərə sən,
Tarixlər yazılan qızıl qələmsən.
Dənizin suları mirvari axdı,
Dərin dəryalardan Poladım baxdı.
Dalğalar çağladı, sahillər dindi,
Qayalar baş-başa verib sevindi.
Bayraqlar ucaldı Ayla, ulduzla.
Dostlar qarşılandı çörəklə, duzla.
Var olsun sizləri böyüdən Ana.
Şərəf gətirdiniz yurda, cahana
Qeyrət tacısınız Azərbaycana!