Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Çağdaş Azərbaycan Kültür dərnəyinin üzvləri və Azərbaycan Vətən  Müharibəsi Veteranları İctimai Birliyininin nümayəndə heyəti Milli  Qəhrəman, general Polad Həşimovun ailəsini ziyarət etdi.

Çağdaş Azərbaycan Kültür dərnəyinin üzvləri və Azərbaycan Vətən  Müharibəsi Veteranları İctimai Birliyininin nümayəndə heyəti Milli  Qəhrəman, general Polad Həşimovun ailəsini ziyarət etdi.
7-04-2022, 16:05 1 297 dəfə baxılıb

Qardaş Türkiyə Respublikasında illərdir fəaliyyət göstərən “Çağdaş Azərbaycan 
Kültür Derneği”nin başkanı Cemal Məmmədxan oğlunun və Azərbaycan Vətən 
Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin təşəbbüsü ilə
Milli Qəhrəman, general Polad Həşimovun ailəsində oldular. “Çağdaş Azərbaycan 
Kültür Derneği”nin fəxri üzvü və AVMVİB-in ideoloji işlər üzrə müşaviri Nəsibə
İsrafilqızı bir qrup qazi və ziyalılarla mübarək Ramazan günündə Milli Qəhrəman, 
general Polad Həşimovun anası Səmayə ananı ziyarət etdi. Mübariz Quliyev, 
Temuraz Mansurov, Təyyar Eminov, Kamran Orucov, Gülşən xanım, Səbiqə
Davudova, Elmira Mustafayeva, Yeganə Kazımova və Ülviyyə Nəcəfovanın
iştirak etdikləri görüşdə qonaqları qarşılayan, Türkiyə Respublikasından yenicə
qayıtmış Səmayə ana səfərinin səbəbini və səfər təəssüratlarını bölüşdü:
- Hər birinizi Polad Həşimovun ailəsi adından salamlayıram, xoş gəlmisiniz. 
Bəli, mən qardaş Türkiyə Respublikasından yenicə qayıtmışam. Gedişimin 
səbəbi iş adamı Mübariz Mənsimovun dəvəti idi. Məlum oldu ki Mübariz 
Mənsimov başda olmaqla “Palmali Holding”in İdarə Heyətinin qəbul etdiyi 
qərara əsasən, holdinqə məxsus gəmilərin adları dəyişdiriləcək. Gəmilər 
Vətən uğrunda canlarından, qanlarından keçərək qəhrəmancasına həlak olan 
şəhidlərimizin adlarını daşıyacaq. Məqsəd isə şəhidlərimizin adlarını 
ucaltmaq və onları dünya sularında tanıtmaqdır. İdarə heyətinin qərarı ilə
Milli Qəhrəman, general Polad Həşimovun adını daşıyan ilk gəmi martın 30-
da dünya sularına buraxıldı. Təntənəli açılış mərasimində mən də iştirak 
etdim. Açılış Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi, daha sonra 
şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Mən orda öz 
adımdan və eləcə də bütün şəhid ailələri adından qəbul etdiyi bu qərara görə
şəxsən Mübariz Mənsimova və “Palmali Holding”ə, o cümlədən gəmi 
heyətinə uğurlar dilədim. Onu da qeyd edim ki açılış törənində mənə qızıl 
medal da təqdim olundu. Mübariz kimi qardaşlarımız çoxdur, Allah hamısını 
qorusun. Mənim oğlum bu gün bütün Türk dünyasının oğludur. Mən onu 
səngər üçün böyütdüm. Səngərdə şəhid olmaq hər generalın işi deyil. Mənim 
övladım öz balasından çox əsgərlərini görürdü və sevirdi. Bunu bütün 
Azərbaycan bilir. Ona görə də bu gün hər kəs onunla qürur duyur. Mən də
bir ana kimi qəddimi əymədən dik dura bilirəmsə, yetişdirdiyim oğulun 
əməlləri sayəsindədir. Bütün şəhid analarına demək istəyirəm ki, başınızı dik 
tutun, qəddinizi əyməyin! Və Polad Həşimovun adını tutub onun qapısını 
açan hər kəsə, o cümlədən sizə dərin təşəkkürümü bildirirəm. Sağ olun ki,mənim balamı hər zaman hörmətlə anır və ziyarət edirsiniz. Çağdaş 
Azərbaycan Kültür Derneğinin Başqanı Cemal Mehmethanoğluna da 
minnətdarlığımı bildirirəm. ”
Görüşdə iştirak edən “Çağdaş Azərbaycan Kültür Derneği”nin Fəxri üzvü şairə-
publisist Nəsibə İsrafilqızı Milli Qəhrəman, general Polad Həşimovun əziz 
xatirəsinə həsr etdiyi “Nər oğlum” adlı kontatadan (Mus.: Respublikanın Əməkdar 
artisti, Bəstəkarlar İttifaqının üzvü Məmməd Cəfərov) parçalar oxudu və əsərin 
ötən il noyabrın 2-də Heydər Əliyev Sarayında “Zəfər Günü”nə həsr olunmuş 
konsertdə təntənəli təqdimatından danışdı, “Nər oğlum” kontatasının da daxil 
olduğu “Qarabağ nəğmələrim!” (44 nəğmə, 44 rəy) adlı kitabı Səmayə xanıma 
təqdim etdi.
Daha sonra qazi Temuraz Mansurov general haqqında olan xatirələrini bölüşdü:
- Mən Temuraz Mansurov Vətən Müharibəsi Veteranıyam, I qrup əliləm, hər 
iki ayağımı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə itirmişəm. 
Qeyd edim ki, Polad Həşimovla eyni sinifdə oxumuşuq. Təhsil aldığımız 
Sumqayıt şəhər 28 saylı tam orta məktəb hal-hazırda Milli Qəhrəman, 
general Polad Həşimovun adını daşıyır. Xatirələr çoxdur, onu 1 və ya 2 
saatlıq söhbətə yerləşdirmək olmaz. Sadəcə onu deyə bilərəm ki şəhidə
Yaradan özü dəyər verərək onu Şəhidlik məqamına ucaldıb. Polad Həşimov 
illər sonra dastana çevrilərək, gələcək nəsillərə örnək olacaq.
Sonra AVMVİB-in sədr müavini Mübariz Quliyev, AVMVİB-in Qubadlı 
şöbəsinin sədri Təyyar Eminov, “vetenim Azərbaycandır.az” saytının 
rəhbəri Kamran Orucov və digər qonaqlar general Polad Həşimov və
şəhidlər haqqında dəyərli fikirlər və ürək sözlərini bildirdilər. Görüşün 
sonunda xatirə şəkilləri çəkildi.
Səbiqə Davudova 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI