13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
00:39 - Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
00:38 - Nazir sabiq direktora vəzifə verdi
20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə köməyi ilə layihələr uğurla həyata keçirilir
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Füzuli rayonu, Horadiz şəhəri,Heydər Əliyev Mərkəzində məcburi köçkünlərlə “İnkişaf və Rifah Naminə” İctimai Birliyinin (İRNİB) icra etdiyi “ İşğaldan azad edilən ərazilərdə məşğulluq məsələləri və dayanıqlı məskunlaşdırma siyasətinin əsasları ” layihəsinin tədbiri keçirilib.
İctimai Birliyin sədri xanım Zəminə Səfərova layihənin fəaliyyəti və mahiyyəti haqqında məlumat verib,layihə çərçivəsində İmişli və Füzuli rayonlarında tədbirlərin keçirilməsi nəzərdə tutulduğunu qeyd edib və layihənin məqsədi haqqında iştirakçılara məlumat verib.
Layihənin eksperti Rəşad Həsənov çıxış edərək layihə haqqında geniş və ətraflı məlumat verərək qeyd etdi ki, işğaldan azad edilən ərazilərdə sürətli məskunlaşma, məskunlaşmada könüllü iştirakçılığı təşviq etmək, hökumətin məskunlaşdırma siyasətinin dəstəklənməsi, məcburi köçkünlərin həmin ərazilərdə sosial-iqtisadi həyatın necə təşkil ediləcəyi haqqında məlumatlılıq səviyyəsinin artırılması vacib məsələlərdən biridirib.
Tədbirdə iştirak edən Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini,İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri xanım Gülbahar Eyvazova, Qarabağ regional məşğulluq filialının Füzuli xidmətişöbəsinin baş mütəxəssisiBeyrək Mürsəlzadə,Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Füzuli rayon nümayəndəsi Allahyarov Elmir tədbir iştirakşılarına son illər görülən işlər haqqında məlumat verib və sakinlərin yaşadıqları ərazidə üzləşdikləri problemləri və sualları cavablandırıblar.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər səsləndirilib,birbaşa aidiyyatlı qurumların nümayəndələrinə müraciətlər olunub, suallar cavablandırılıb.
Tədbirin yekununda “İnkişaf və Rifah Naminə” İctimai Birliyin sədri, layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə maddi dəstəyinə görə və Füzuli rayon İcra hakimiyyəti başçısına və tədbir iştirakşılarına öz təşəkkürünü bildirib.