17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
İşğaldan azad edilən ərazilərdə məşğulluq məsələləri və dayanıqlı məskunlaşdırma siyasətinin əsasları” layihəsinin ilk tədbiri keçirilib
İmişli şəhəri, Fin qəsəbəsində yerləşən İcra nümayəndəliyində məcburi köçkünlərlə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnkişaf və Rifah Naminə” İctimai Birliyinin (İRNİB) icra etdiyi “İşğaldan azad edilən ərazilərdə məşğulluq məsələləri və dayanıqlı məskunlaşdırma siyasətinin əsasları ” layihəsinin ilk tədbiri keçirilib.
İctimai Birliyin sədri layihənin fəaliyyəti və mahiyyəti haqqında məlumat verib,layihə çərçivəsində İmişli və Füzuli rayonlarında tədbirlərin keçirilməsi nəzərdə tutulduğunu qeyd edib.Sonra layihənin məqsədi haqqında iştirakşılara məlumat verib.
Layihənin eksperti Rəşad Həsənov çıxış edərək layihə haqqında geniş və ətraflı məlumat verərək qeyd etdi ki, işğaldan azad edilən ərazilərdə sürətli məskunlaşma, məskunlaşmada könüllü iştirakçılığı təşviq etmək, hökumətin məskunlaşdırma siyasətinin dəstəklənməsi, məcburi köçkünlərin həmin ərazilərdə sosial-iqtisadi həyatın necə təşkil ediləcəyi haqqında məlumatlılıq səviyyəsinin artırılması vacib məsələlərdən biridirib.
Tədbirdə iştirak edən İmişli rayon İcra Hakimiyyəti İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Abışov Asif, Məşğulluq Agentliyinin İmişli rayon Regional İdarəsinin böyük mütəxəssisi Fətullayev Mirəsədullah, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin İmişli rayon ərazi üzrə baş məsləhətçisi Qurbanov Bəhruz tədbir iştirakşılarına son illər görülən işlər haqqında məlumat verib və sakinlərin yaşadıqları ərazidə üzləşdikləri problemləri və sualları cavablandırıblar.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər səsləndirilib,birbaşa aidiyyatlı qurumların nümayəndələrinə müraciətlər olunub, suallar cavablandırılıb.
Tədbiri yekununda “İnkişaf və Rifah Naminə” İctimai Birliyin sədri, layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirib.
"Vətənim-Azərbaycandır.az"