00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
00:39 - Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
00:38 - Nazir sabiq direktora vəzifə verdi
20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
43 illik şərəf və zəhmət dolu elm dastanı.
Cəmiyyətdə zaman-zaman özünü, həyatını, varlığını elmə, tərəqqiyə, inkişafa, təlim və tərbiyəyə, təhsilə həsr edən görkəmli elm adamları, təhsil fədailəri, ailmlər və mütəxəssislər yaşayıb yaratmışdır və onları bir çoxlarımız tanıyırıq.
Çox cəsarətlə deyə bilərəm ki, bu böyük elm adamlarından biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, dosent hörmətli Yusif İmrayıl oğlu Alıyevdir.
Gəlin onun keçdiyi elmi, pedaqoji və innovativ həyat yoluna qısa da olsa ekskursiya edək.
Yusif İmrayıl oğlu Alıyev — Azərbaycan alimi, Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi 2021-ci il, fizika üzrə fəlsəfə doktoru, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təbiət elmləri kafedrasının müdiri 2011-2016, AMEA Fizika İnstitutunun böyük elmi işçisi, dosent, 2019-cu ilin avqust ayının 26-dan isə ADPU-nun Quba filialının direktorudur. 100-dən çox elmi məqalə (32 məqalə SCI, Q1 jurnallarda) və tezisin, ali məktəb tələbələri üçün 4 dərs vəsaitinin, liseylər üçün 5 metodik vəsaitin müəllifidir. Dos. Y.Alıyev 2022-ci ildə həm də elmlər doktorluğu prqoramı üzrə də uğurla müdafiə etmişdir.
Təkcə elə son bir ilin elmi nailiyyətlərinə, istinadlara baxmaq kifayətdir ki, dosent Y.Alıyevin elm üçün çəkdiyi zəhmətləri görmək mümkün olsun. Dünyaca məşhur "Taylor & Francis" nəşriyyatının yüksək impakt faktor göstəricili nüfuzlu "Integrated Ferroelectrics" Beynəlxalq jurnalında S.H.Jabarov, Y.I.Aliyev, T.M.Ilyasli, A.A.Baylarova, A.O.Dashdemirov, V.I.Nasirov, N.A.Ismayilova, G.M.Aghamirzayeva, M.N.Mirzayev müəllifliyi ilə "AgCuS Compound as a Thermodynamic System under the Influence of Gamma Rays" adlı məqalə çapa qəbul olunub. Yusif Alıyevin kristalloqrafiya ilə məşğul olan bir insan kimi, “Web of Science” və “Scopus” elmi bazalarına daxil olan, yuksək impakt faktorlu jurnallarda 2019-cu ildə 5, 2020-ci ildə 7, 2021-ci ildə 4, 2022-ci ildə isə 3 elmi tədqiqat işinə həsr edilmiş məqaləsi yer almışdır. 2022-ci ilin mart ayında məşhur "Springer" nəşriyyatının 2.3 impakt faktorlu, Q1 kateqoriyalı təsnifata daxil olan "Arabian Journal for Science and Engineering" dərgisində "Structural, Vibrational, and Dielectric Properties of CuInZnSe3 Chalcogenide Compound" məqaləsi jurnalın növbəti nömrəsində çap olunub.
Qeyd edək ki, Yusif Alıyev 7 aprel 1979-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində ziyalı ailəsində anadan olmuşdur.
1996-cı ildə Qazax rayonu Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini, 2000-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin bakalavraturasını, 2002-ci ildə həmin universitetinin Fizika fakültəsinin magistraturasını "Optoelektronika" ixtisası üzrə Fərqlənmə diplomu ilə bitirmişdir.
2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun “Quruluş və quruluş çevrilmələri” laboratoriyasında kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifəsində çalışmışdır. 2011-2013-cü illərdə AMEA Fizika İnstitutunun mətbuat xidmətinin rəhbəri olmuşdur. 2002–2004-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2009-cu ildən Dövlət İmtahan Mərkəzində (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) müqavilə əsasında imtahan rəhbəri kimi fəaliyyət göstərir.
14 dekabr 2011-ci ildən 15 fevral 2016-cı ilədək Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (indiki Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu) Təbiət elmləri kafedrasının müdiri, 15 fevral 2016-cı ildən 20 fevral 2017-ci ilədək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda ictimai əsaslarla Məzmun standartları və ixtisasartırma proqramları şöbəsinin müdiri və baş mütəxəssis vəzifələrində işləmişdir. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi “Ən yaxşı müəllim” müsabiqəsinin fizika fənni üzrə ekspert şurasının üzvü olub. 20 fevral 2017-ci ildən 10 sentyabr 2017-ci ilədək Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru (eyni zamanda 6 saylı Bakı Peşə Məktəbinin direktoru) təyin edilmişdir. 15 sentyabr 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika və texnologiya fakültəsinin Texnologiya və onun tədrisi metodikası kafedrasının dosenti vəzifəsinə seçilmişdir. 03 oktyabr 2017-ci il tarixdən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar şöbəsinin müdiri vəzifəsinə təyin olunub.Yeni Azərbaycan Partiyasının üzvüdür.Ailəlidir, 2 oğlu var.
Bu gün isə bu dəyərli şəxsiyyətin dünyamıza qədəm qoyduğu gündür. Bu münasibətlə hörmətli direktorumuzu ürəkdən təbrik edirəm. Ona can sağlığı, uzun ömür, şəxsi həyatında və elmi, pedaqoji fəaliyyətində daimi uğurlar və yüksəliş arzu edirəm. Hər zaman öndə olun əziz insan.
Nəhayət Şirinova
İctimaiyyətçi.
ADPU Quba filialının əməkdaşı.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
"Vətənim-Azərbaycandır.az xəbər portalının şimal zonası üzrə rəhbəri.