17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
BİR QAZİNİN HEKAYƏSİ.
Xeyirxahlıq insanın ruhunu gözəlləşdirir,onu xoşbəxt edir.Fəqət bu addım hər kəsə şamil edilə bilməz.Biz hər addımımızı düşünərək atdığımızda həyatımız da gözəlləşir,başqalarınında həyatının gözəl olmasına vəsilə olur.
İndi haqqında danışacağım Qazımız İkinci Vətən Müharibəsində ,44 günlük döyüşdə canlarını sipər edən vətən oğullarından biri olan Cəfər Məmmədov adlı igidimizdir. Qarabağımız uğrunda gedən döyüşlərdə iştirak edən Cəfər Fizuli,Xocavənd,Cəbrayıl rayonlarının alınmasında iştirak edib və medallarla təltif olunub.Bu gün Gəncə İnsan Hüquqlarının Müdafiəsi və Ekoloiyanın Qorunması İctimai Birliyinin Gəncə şəhər Mərkəzinin Qazilər Şurasının Sədri vəzifəsində çalışır.
Bu gənc qazimizin ürəyi o qədər sevgi ilə doludur ki,daxili gözəlliyi üzündə nur ,işıq əks etdirir.Üzü nurlu bu insanı tanıdığım gündən onun ədəb ,ərkanına heyran olmuşam.Hər addımda yardım etmək istəyi ilə yaşayan Cəfər bizimlə ilk dəstək addımını Gəncə Uşaq Evindən başladı.
Novruz Bayramı günlərində Uşaq Evinin sakinlərinə elə gözəl konsert proqramı hazırladı ki,mən və düşünürəm elə Uşaq Evinin sakinləridə son illərdə belə gözəl gün keçirməmişdirlər.”QARDAŞLAR” qrupunun gözəl ifaları ,Sehirbazın göstərdiyi sehirli səhnəciklər,Cizgi film personajlarının göstərdikləri oyunlar uşaqlarla yanaşı böyükərində üzlərində bir gülüş,bir sevinc ifadəsi yaratdı.
Bu şənliyə dəvət etdiyimiz Qazi Qardaşlarımız ,Şəhid Valideyinlərimiz ,təsadüfən Uşaq Evini ziyarətə gələn sıravi vətəndaşlarımız bir süfrə arxasında əyləşib körpələrlə bərabər tədbirdən zövq aldıq.Bu tədbirdə dəvətimizi qəbul edib iştirak etdiklərinə görə onlara və bu şəraiti bizlərə yaradan Gəncə Uşaq Evinin Rəhbəri Nazilə xanıma ,proqram iştirakçıları ilə yanaşı Uşaq evinin fidanlarının çıxışının təlim və təşkilində əməyi keçən müəllimələrə dərin təşəkkürümü bildirirəm.
Ən böyük təşəkkürüm Qazimiz Cəfər Məmmədovadır ki,bu gözəl ,əvəz olunmaz günü bizlərə yaşatdı.
Hörmətlə :Gəncə şəhər İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzinin Sədri SİTARƏ HACIYEVA
"VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ"