17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
GƏNCƏ BATALYONU 818….
Od ürəkli ,od nəfəsli diyarım.
Ocağına canım qurban ,Azərbaycan!
Əzilsən də, əyilməyən vüqarımsan
Bu çağına canım qurban,Azərbaycan!
Bu il dekabrın 18 də 30 illik yubleyi qeyd edildi Gəncə özünümüdafiə batalyonunun.
1991 ci ilin sentyabrında Azərbaycan Respublikasının ilk prezidenti seçilən Ayaz Mütəllimov hemin ilin oktyabr ayının 9 da Milli Ordu və Gəncə Ərazi Müdafiə Batalyonunun yaradılması ilə əlaqəli fərman imzaladı.Bu fərmandan sonra Gəncə Özünümüdafiə Batalyonu 1991 ci ilin 25 noyabrda keçirilən tədbirdə Cəfərov Xəqani Müslüm oğlu tərəfindən yaradılması üçün təklif irəli sürülmüşdür.Burada 25 yaşdan yuxarı könüllülər Batalyona cəlb olunmağa başladı.
1991 ci ilin dekabrın 18 də Polkovnik Leytenant Yunis Bayramov Tabor komandiri kimi, Qərb Regionu üzrə Müdafiə Nazirliyində qeydiyatdan keçən, ilk Gəncə Özünümüdafiə Batalyonuna rəhbərlik eden şəxs olmuşdur.Həmin gündən etibarən Batalyonunun tərkib hissəsi yaranmağa başladı.1991 ci ilin dekabrın 20 dən Şəmkir rayonunun Çinarlı (Leninkənd) kəndində Rus qoşunları tərəfindən tərk edilmiş hərbi hissəni 818 saylı özünümüdafiə taboru qərərgah olaraq istifadə etməyə başladı.Burada Yunis Bayramovun başçılığı altında Gəncə Batalyonu formalaşdı.Vaqif Nəsibov Batalyon komandirinin müavini, Mətləb Mamoyev Qərərgah rəisi, Mayor Sinka taktika üzrə komandir müavini ,Natik Süleymanov komandir müavini,Rusiyada polk komandiri olan, işindən imtina edib vətəninə dönən polkovnik Teymurov Yusif komandir müavini,Rotanın ilk komandiri Cavanşir Həmidov,Vaqif Hüseynov,Xəqani Nəbiyev,Ələkbər (soyadını unutmuşdur müsahibim) .Vidadi Hüseynov, Mehman Ələkbərov,İlqar Əliyev,Xəqani Cəfərov,Valəddin Mirzəyev tağım komandiri kimi fəaliyyətə başladılar.
Silahlanma gərgin mübahisələrdən sonra 1992 ci ilin yanvar ayının sonlarında baş tutdu.Silahlanmadan sonra təlimlər başladı.
Fevral ayının 26 da Xocalı faciəsinin yaratdığı dəhşətli qisas hissi Gəncə Özünümüdafiə Batalyonunu əks hücuma keçməyə vadar etdi .Xocalıda qalan kənd sakinlərinin bir qismi hələ kənddən çıxa bilməmişdi. Əsasən zabitlərdən ibarət olan dəstəyə başçılıq edən Batalyon komandiri Yunus Bayramov və Mobil adlı əsgər yüngül,Xəqani Nəbiyev isə gözündən ağır yaralanmışdı.2(iki) gün yarım mühasırədə qalan və tək tək mühasırədən çıxmağı bacaran Batalyon üzvüləri geri dönərək yeni döyüş hazırlıqlarına başlayırlar.
Sonrakı döyüşlərə Batalyon komandiri kimi Mehman Ələkbərov başçılıq edirdi. 1ci Marquşavan əməliyyatı aprel ayının 11 də baş tutur.Müəyyən səbəblərdən tağım 1 gün sonra geri dönür.Bu döyüşdə Vaqif Hüseynov və Rizvan adlı əsgər şəhid olurlar.
May ayının 10 da 2 (iki)ci Marquşavan əməliyyatı baş tutur.1 gün içərisində 18 şəhid versəkdə Marquşavanı azad edən qəhrəman döyüşçülərimiz kömək gəlmədiyi üçün geri dönmək məcburiyyətində qalırlar.
1992 ci ilin 24 iyununda Batalyon komandiri Mehman Ələkbərovun rəhbərliyi altında Gəncə Özünümüdafiə Batalyonu hücuma keçdi .Aşağı çaylı, Yuxarı çaylı, Marquşavan,Həsənqaya adlı kəndləri azad edərək 38-40 əsgəri ilə birlikdə döyüşən Mehman Ələkbərov gecə dincəlmək üşün növbətçi teyin edərək sakitliyə çəkilir.Bu zaman növbətçi üzün tənəklətinin arası ilə erməni əsgərlərinin getdiyini xəbər verir gecə ilə bütün dəstəni məhv edən qəhrəmanlarımız sabahı məhv etdikləri dəstənin Xocalı Qətliamını törədən “Arabo “ batalyonun olduğunu bilir və bununla Xocalı intiqamını qismən aldıqlarına sevinirlər.Bu məlumatları döyüşlərin canlı şahidi və iştirakçısı olan Eldar Əliyev (Kərbalayi) və Xəqani Cəfərovdan şəxsən dinləyib və qələmə alışam.Təbii ki ,Gəncə Özünümüdafiə Batalyonu taa Kəlbəcərə kimi döyüşərək getmişlər.
2020 ci il 44 Günlük Vətən Müharibəsi zamanı Raket zərbəsində zərər çəkən şəhərlərdən biri də Gəncə olmuşdur və Gəncə əhalisi qəhrəmancasına bu terror sinə gəlmişdir .O ,üzdən bu il Gəncə Özünümüdafiə Batalyonunun 30 illik yubley tədbirində natiqlərdən birinin dediyi kimi Gəncə şəhərinə Qəhrəman şəhər adının verilməsinin gündəmə gətirilməsini aidiyatı orqanlardan və MÖHTƏRƏM PREZİDENTİMİZ İLHAM ƏLİYEVDƏN RİCA EDİRİK.
Hörmətlə Starə Hacıyeva .Gəncə İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzinin.Sədri.
"Vətənim-Azərbaycandır.az"