17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
ŞƏHİDLƏR ÖLMÜR.
Azərbaycan 44 günlük müharibədən sonra bütün dünyada Qalib ölkə kimi tanındı.30 il işğal altında qalmış torpaqlarımızı Möhtərəm Ali Baş Komandanımız İlham Əliyevin uzaq görən siyasəti və Qəhrəman Azərbaycan övladlarının 44 günlük müharibədə göstərdikləri şücaət nəticəsində Qalib adını qazandıq.
Qazancımız torpqlarımız olsada, itirdiyimiz övladlarımız gözlərimizin qan yaddaşına çevrilir,boğazımızda düyünlənən qəhərimiz olur.Sevincimiz kədərə ,kədərimiz həyat tərzimizə dönür.Şəhid olan övladlar,atalar,qardaşlar bizlər yaşadıqca yaşayar.
Respublikamızın təhsil ocaqlarında vətənpərvərliklə əlaqəli silsilə tədbirlər keçirilir.Bəzi məktəblərdə hər sinif otağna bir Şəhidimizin adı verilib.Belə məktəblərdən biri də Gəncə şəhər V.Veysəlov adına 30 saylı tam orta məktəbdir.Mart ayının 11 də məktəbin ibtidai sinif müəlliməsi Aynur müəllimənin təşəbbüsü və təşkilatçılığı ilə məktəbin 2 “c” sinifinə Şəhidimiz Hacı Rauf Əsgərovun adının verilməsi münasibəti ilə tədbir keçirildi.Tədbirdə məktəbin direktoru Vüsal Həsənov ,Şəhidimizin anası Briliyant xanım ,Şəhidimizin körpə balası ,məktəbin müəllim kollektivi və Gəncə şəhər İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması mərkəzinin üzvüləri iştirak edirdi.
Tədbir Aynur müəllimənin çıxışı ilə başladı.Onun təlim verdiyi körpə fidanların çıxışları insanın qəlbini göynətdi.Bu , fidanların çıxışlarından kimsə göz yaşlarını saxlaya bilməzdi.Məktəbin direktoru Vüsal müəllimin göz yaşlarını görmək ,bu məktəblilərin necə ürəklə şerlər söyləyib qəlbimizi dağlamağının göstərgəsi idi.Kişilər ağlamaz amma itirdiyimiz qəhrəmanlarımız sözün həqiqi mənasında QƏHRƏMANLAR idi.Onları hər kəs yad edər ,kədərlənər ,qəhərlənər,ağlayar...
Hacı Rauf barədə kitablarla yazılar,dastanlar yazmaq olar. Bu gün Gəncədə eləcədə ölkəmizin bütün şəhərlərində şəhidlərimizin xatirəsi əziz tutulur.Şəhidimizin anası Briliyant xanım çıxışında bildirdiyi kimi Şəhidlər ölməzdir ;o zamana kimi ki,onları xatırlayanlar var.Məktəb şagirdlərinin belə vətənpərvər ruhda böyüməsində Aynur xanım kimi müəllimlərimizin əməyi danılmazdır.Bu gözəl təşəbbüsə görə məktəb rəhbərliyinə xüsusilədə Aynur müəlliməyə və bizlərə gözəl hisslər yaşadan məktəblilərimizə dərin minnətdarlığımı bildirirəm. Bu gün bizlər bu QƏHRƏMAN OĞULLARIMIZIN SAYƏSİNDƏ deyirik.QARABAĞ AZƏRBAYCANDIR!!!
Hörmətlə: Gəncə şəhər İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması mərkəsinin sədri Sitarə Hacıyeva