19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
MULTİKULTURAL DƏYƏRLƏRİN QORUYUCUSU
Azərbaycan tarix boyu sivilizasiyaların və müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkan olmuşdur. O, nəinki Avropa və Asiyanı birləşdirən körpü rolunu oynamış, eyni zamanda müxtəlif mədəniyyətlərin formalaşmasına da imkan yaratmışdır. Bu məkanda dini, milli, irqi müxtəlifliyindən son dərəcədə fərqlənən xalqlar yaşamasına baxmayaraq onlar arasında heç bir tarixi dönəmdə etnik, milli, dini zəmində qarşıdurma olmamışdır. Bu tarixən belə olub, belə də olacaqdır. Nə qədər ki, multikultural və tolerant dəyərlərin, Azərbaycan xalqının malik olduğu mental xüsusiyyətlərin: qonaqpərvərlik, humanistlik, insanpərvərliyin keşiyində duran qorucular vardır Azərbaycan multikulturalizmi dünyada etolon olacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 mart 2004-cü ildə imzaladığı Fərmana əsasən Heydər Əliyev Fondu yaradıldı və bu Fondun əsas məqsədi ümummilli lider Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasətin öyrənilməsi, təbliği qədər də bu ideyaların davamına dəstək verməkdir. Bu sahədə atılan ən doğru addım isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti olması idi.Heydər Əliyev Fondu dövlətçilik tariximizdə verdiyi xidmətlərlə Azərbaycanın tarixi köklərindən qaynaqlanıb gələn multikultural dəyərləri qoruyaraq onun keşikçisinə çevrilmişdir.Fəaliyyətə başladığı gündən etbarən Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, sosial, ekologiya və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək ölkənin sosial-iqtisadi inkişafına töhfələr vermişdir. Heydər Əliyev Fondu həm respublikanın, həm də və xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlıq edərək onlarla birgə layihələr həyata keçirmiş və bir çox yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmuşdur. Bunların sırasında əllilliyi olan insanlara qayğı göstərmək, insanların yaradıcılıqlarının, bilik və bacarıqlarının, qabiliyyətlərini aşkara çıxarılmasına, Azərbaycan mədəniyyətinin, Azərbaycan muğamının həm təbliği, həm də dünyada tanıdılması sahəsində xidmətləri misilsizdir. Xüsusən də Azərbaycan xalqının başına gələn həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, respublikamızın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək, Azərbaycanda elmin inkişafı üçün tədqiqatların aparılmasına yardım göstərmək, xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılması sahəsində mütərəqqi addımlar atmaq, uşaq müəssisələrinin, orta ümumtəhsil məktəblərinin, səhiyyə təşkilatlarının strukturlarını təkmilləşdirmək sahəsində xidmətləri əvəzolunmazdır. Azərbaycan Respublikasında, eyni zamanda xaricdə konfrans və seminarlar təşkil etməklə, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini keçirməklə dünya ölkələri ilə mədəni əlaqələrin genişləndirmişdir. Azərbaycan mədəniyyəti günlərini dünyanın müxtəlif ölkələrində keçirərək mədəniyyətimizi bütün dünyaya tanıtmışdır. Dünyanın mötəbər salonlarında rəssamların sərgilərinin, musiqi xadimlərinin konsertlərinin təşkil edərək Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası sahəsində gördüyü işlər qiymətsizdir. Bütün bu sadalananlar Azərbaycan mədəniyyətinin dünyada nüfuzunun artırılması Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri sayəsində olmuşdur. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi", "Qloballaşma şəraitində mədəniyyətlərin rolu", "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama", "Azərbaycan – tolerantlıq məkanı" kimi layihələrlə Azərbaycanda multikultural dəyərlərin qoruyucusuna çevrilmişdir. Mehriban xanım Əliyeva Ulu Öndər Heydər Əliyevin zəngin irsindən bəhrələnərək müxtəlif proqram və layihələr həyata keçirməklə Azərbaycan dövlətinin multikulturalizm siyasəti möhkəmləndirir, ölkənin dünya birliyinə inteqrasiyasına, dini tolerantlığın bərqərar olmasına və ən əsası qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük dəstək verir. Ona bu çətin və şərəfli işində uğurlar arzulayır, “8 mart”Beynəlxalq Qadınlar Bayramı münasibətilə ürəkdən təbrik edirik.
Nübar Bayramova
ADPU Quba filialı Pedaqoji Fakültə dekanlığının dekan müavini.