Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bakıda itkin düşən yeniyetmə qız tapıldı - Yenilənib

Bakıda itkin düşən yeniyetmə qız tapıldı - Yenilənib
7-11-2021, 03:11 263 dəfə baxılıb

Bakıda A.C. adlı yeniyetmə qız itkin düşüb.

Bu barədə “Vətənim-Azərbaycandır.az"-a onun anası O.C. məlumat verib.
O bildirib ki, qızı bu gün saat 11:30 radələrində taksi ilə evə yollanıb. Günəşli qəsəbəsində yerləşən “Bravo” marketin yanında, evinin yaxınlığında taksidən düşüb, amma evə gəlməyib.
O, qızını görənlərdən Daxili işlər Nazirliyinə, yaxud onun (050) 389 16 69, (070) 882 00 30 əlaqə nömrələrinə məlumat vermələrini xahiş edib.
Yeniyetmənin əynində açıq yaşıl rəngdə gödəkçə, boz şalvar, qəhvəyi çəkmələr olub.
***
DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev A. ilə bağlı məlumat yayıb. O bildirib ki, yeniyetmənin yeri müəyyən olunub:
“Bu gün günorta saatlarında Suraxanı rayonu Günəşli qəsəbəsində itkin düşən 14 yaşlı A.C.-nın yeri aparılan intensiv əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub. Hazırda müvafiq polis bölməsinə aparılaraq ailəsinə təhvil veriləcək”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI