17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Qubalı Şəhid qardaşımız Səmural Fətəliyev!Mövludun mübarək Səmural!
VETENİM-AZERBAYCANDIR.AZ
Qubalı Şəhid qardaşımız Səmural Fətəliyev!Mövludun mübarək Səmural!
Vətən qoxulu qaraşım!
Tanıyaq və tanıdaq!
Səmural Ayaz oğlu Fətəliyev 13 mart 1997-ci ildə Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olub. Ailədə 5 nəfər olublar. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. 2003-cü ildə Quba rayon Musa Qonaqov adına Əlibəyqışlaq kənd tam orta məktəbin 1-ci sinfinə gedib. 2012-ci ildə həmin məktəbin 9-cu sinfini başa vurub və həmin ildə Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyinə qəbul olub.
Liseyi başa vuduqdan sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti - İqtisad fakültəsi "Sənayenin təşkili və idarə edilməsi" ixtisasına qəbul olub. Səmural Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin 1 sayı Bakı "ASAN" xidmət mərkəzində 20 dekabr 2016-cı il tarixindən 20 fevral 2017-ci il tarixinədək könüllü olaraq fəaliyyət göstərərək 99.44 bal toplayıb, müsbət xasiyyətnamə və birinci dərəcəli şəhadətnamə alıb. 2017-ci ildə Azərbaycan 4-cü İslam həmrəyliyi oyunlarının könüllüsü olub.
2018-ci ildə təhsilini başa vuran Səmural həmin ilin iyul ayında qardaşı ilə birgə Quba rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Vətənə xidmətə yola salınıb. İlk aylarını Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edən Səmural daha sonra xidmətini Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə davam etdirib. Nümunəvi xidmətinə görə manqa komandiri təyin olunub və dəfələrlə hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif olunub. Xidmətini nöqsansız başa vurduqdan sonra, 2019-cu ilin iyul ayında ehtiyata buraxılıb. Səmural bir müddət evində, ata-anasının yanında qalıb və daha sonra Bakı şəhərinə, işləməyə gedib. Bakıda, SOCAR mühafizə xidmətində çalışmağa başlayıb.
Səmural Fətəliyev II Qarabağ müharibəsində, 2020-ci il 27 sentyabrdan etibarən başlayan və 44 gün davam edən müharibədə iştirak etmək üçün avqust ayında online formada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən qeydiyyatdan keçir və 21 sentyabr tarixindən könüllü olaraq müharibədə iştirak edir. Füzuli uğrunda gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərir. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəman Səmural 05 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi həmin ayın 9-da doğulduğu Quba rayonu Əlibəyqışlaq kəndinə gətirilir və kənd qəbiristanlığında torpağa tapşırılır.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olan Səmural Ayaz oğlu Fətəliyev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına" medalları ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun!
VETENİM-AZERBAYCANDIR.AZ