Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ermənistan Prezidenti istefa verdi

Ermənistan Prezidenti istefa verdi
23-01-2022, 21:42 247 dəfə baxılıb

Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında məlumat yerləşdirilib.
Armen Sarkisyan bildirib ki, Ermənistan Prezidenti postundan getməsi onun daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə bağlıdır.
O qeyd edib ki, qərarı heç də emosional deyil və müəyyən məntiqdən irəli gəlir. Onun sözlərinə görə, prezidentin hazırda xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyətləri və alətləri yoxdur.
Sarkisyanın sözlərinə görə, bu gün ölkənin mənalı, dərin düşünülmüş, balanslaşdırılmış hərəkətlərə hər zamankindən daha çox ehtiyacı var. Əks halda ermənilər tarixdə itmək riski ilə üz-üzə qalırlar.
“Bizim səhv etməyə haqqımız yoxdur”, - Sarkisyan deyib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI