Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Cənubi Qafqazda müsbət addımlar atılır” - Ərdoğan

“Cənubi Qafqazda müsbət addımlar atılır” - Ərdoğan
1-11-2021, 17:41 213 dəfə baxılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada G20 sammiti çərçivəsində keçirdiyi görüşlərin təfərrüatını və Şotlandiyanın Qlazqo şəhərinə rəsmi səfərə yollanmaqdan imtina etməsinin səbəblərini açıqlayıb.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, Türkiyə Prezidenti Roma şəhərindən Türkiyəyə geri qayıdarkən təyyarədə jurnalistlərin sözügedən məsələlər ilə bağlı suallarına aydınlıq gətirib.
Ərdoğan bildirib ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 26-cı Konfransında (COP26) iştirak etməkdən imtina etməsinə səbəb təhlükəsizlik prokolları ilə bağlı tələblərin qarşılanmaması olub: “Qlazqoda keçirilən sammit üçün tələb etdiyimiz təhlükəsizlik protokolu standartları var idi. Bu, həmişə bütün beynəlxalq səfərlərimizdə bizə və bütün digər liderlərə tətbiq olunan standartlardır. Lakin bizə bunların son anda qarşılanmayacağını dedilər. Daha sonra öyrəndik ki, qəbul olunmayan tələbimiz başqa bir ölkə üçün müstəsna olaraq təqdim edilə bilər. Bu da diplomatik qaydalara uyğun gəlmir. Biz bunu qəbul edə bilməzdik”.
Ərdoğan, həmçinin əlavə edib ki, Böyük Britaniyanın Baş naziri Boris Conson sözügedən problemin həll olunmasına çalışsa da, buna nail ola bilməyib: “Tələblərimiz yerinə yetirilmədiyindən biz də Qlazqoya getməkdən vaz keçdik. Bu məsələ təkcə bizim təhlükəsizliyimizlə bağlı deyil, ölkəmizin nüfuzu ilə də bağlıdır”.
Bununla yanaşı, Ərdoğan bildirib ki, G20 sammitində iştirakı zamanı fransalı həmkarı Emmanuel Makronla bir sıra məsələlərlə yanaşı Cənubi Qafqazı da müzakirə edib.
Onun sözlərinə görə, bir sıra məsələləri müzakirə etdikdən sonra Makron Cənubi Qafqaz məsələsini də qaldırıb: “Dedik ki, biz keçən həftə ordaydıq. Cənubi Qafqazda hazırda müsbət addımlar atılır və cənab İlham Əliyev qardaşım bu müsbət addımları qərarlı bir şəkildə davam etdirmək istəyir”.
Türkiyə Prezidenti bildirib ki, Emmanuel Makronla görüşündə bölgədə “altılıq platforması”nın yaradılması məsələsini də müzakirə edib. Ərdoğan qeyd edib ki, Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan razı olacaqları təqdirdə bölgədə sülh platforması yaradıla bilər.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI