Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Romada “G20” sammiti başa çatdı - Yenilənib.

Romada “G20” sammiti başa çatdı - Yenilənib.
1-11-2021, 00:27 141 dəfə baxılıb

İtaliyanın paytaxtı Romada “Böyük İyirmiliyin” (G20) üzvü olan dövlət və hökumət başçılarının sammiti başlayıb.

Vətənim-Azərbaycandır.az” “TASS”a istinadən xəbər verir ki, sammit Romada “Nuvola” konqres mərkəzində keçirilir. 
Sammitin sədri, İtaliyanın Baş naziri Mario Draqi sammitdə iştirak üçün mərkəzə gələn iştirakçıları qarşılayıb.
Qeyd edək ki, sammitdə ABŞ Prezidenti Co Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və başqaları iştirak edir. Rusiya Prezidenti Vladimir Putin isə görüşə videoformatda qatılacaq. 
Sammit sabah da davam edəcək. 
***
İtaliyanın “Böyük iyirmiliyə” (G20) sədrliyi çərçivəsində Romada keçirilən G20 ölkələrinin liderlərinin ikigünlük sammiti oktyabrın 31-də başa çatıb. Dünyanın aparıcı 20 iqtisadiyyatının liderlərinin sayca 16-cı sammitdə ikiillik fasilədən sonra ilk dəfə üzbəüz müzakirələr aparılıb, toplantıda 35 ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər. Bununla da İtaliyanın G20-yə sədrliyi başa çatıb və sədrlik İndoneziyaya ötürülüb. 
G20 Liderlərinin Sammitinin yekununa dair qəbul edilən bəyanatda cari ilin sonunadək dünya əhalisinin ən azı 40 faizinin, 2022-ci ilin ortalarına qədər isə 70 faizinin COVID-19 əleyhinə peyvənd olunmasının hədəfləndiyi açıqlanıb. Yeni peyvəndlərin hazırlanması müddətinin 300 gündən 100 günədək azaldılması və vaksinlərin ədalətli paylanılması barədə razılıq əldə olunub.
Liderlər qlobal istiləşmənin 1,5 dərəcə selsi ilə məhdudlaşdırılması üçün səylərin artırılmasına çağırıblar. Atmosferə atılan istixana qazlarının 2050-ci ilədək minimuma endirilməsi barədə də razılığa gəlinib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI