Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Anlaşma əldə olunub, Paşinyan Qarabağdan əl çəkib” - ŞOK MÜSAHİBƏ

“Anlaşma əldə olunub, Paşinyan Qarabağdan əl çəkib” - ŞOK MÜSAHİBƏ
25-07-2021, 04:30 445 dəfə baxılıb

“Makron milliyyətcə ermənidir. İran ermənisidir. 1937-ci ildə Azərbaycana gələrək, buradan Ermənistana keçiblər. Müharibə başladıqdan sonra İrana üz tutublar, soyadları da məlumdur – Markaryandır. Arvadının birinci əri, eləcə də özünün bir tərəfi ermənidir”.
Yenisabah.az politoloq Cümşüd Nuriyevin müsahibəsini təqdim edir.
- Azərbaycan və Rusiya prezidentləri görüşdükdən sonra bölgədəki proseslərlə bağlı müsbət şərhlər verilir. Sizcə, bu görüşdən sonra istər Qarabağla əlaqədar qalan məsələlərin həlli, istərsə də sərhədlərin müəyyənləşdirilməsi yönündə hansı dəyişikliyin şahidi ola bilərik?
- Azərbaycan lideri Putinlə görüşündə ilk dəfə “post-münaqişə” ifadəsini işlətdi. Rusiya prezidenti də azərbaycanlı həmkarı ilə razılaşdığına görə Prezident İlham Əliyevin bu açıqlamasına heç bir şərh vermədi. Eyni zamanda Azərbaycan prezidentinə bu münaqişəni həll etdiyinə görə minnətdarlığını bildirdi. Amma sərhəd məsələsinə toxunmadı. Bu da ona hesablanıb ki, bu işlərdə sizə yardımçı olacağıq. Bu o deməkdir ki, sərhədlərin delimitasiyası və demarkasiyası mövcud qanunvericilik əsasında həyata keçiriləcək. Azərbaycan prezidenti elan etdi ki, Ermənistan əvvəl dəmir yolunun açılmasını istəmirdi, indi isə dəmir yolunun açılmasını istəyir, avtomobil yolunun açılmasını istəmir. Zəngəzur dəhlizinin açılması Azərbaycanın tələbidir. Azərbaycan prezidenti bunu ardıcıl olaraq öz müsahibə və çıxışlarında bildirir. Görünən budur ki, Moskva görüşündən sonra Zəngəzur dəhlizinin açılması ehtimalı çox yüksəkdir. Artıq Paşinyan Azərbaycan sərhədlərinə qədər olan yolların bərpasına göstəriş verib. Azərbaycan da Ağbəndə gedən dəmir və avtomobil yollarının çəkilişini həyata keçirir.
Başqa bir məsələ də budur ki, Azərbaycan və Rusiya liderləri ATƏT-in Minsk qrupunun digər üzvlərinin bu prosesə müdaxiləsinin qarşısını aldılar. Paşinyan bundan əvvəl Fransanı dəvət edirdisə, Makronla danışırdısa, prezidentlərin Moskva görüşündən sonra Azərbaycanla sülh müqaviləsini gündəmə gətirdi. Nə qədər təxribatçı olsa da, artıq bir sıra məsələlər Paşinyan tərəfindən qəbul edilməyə başlayıb. Paşinyan dərk etdi ki, səhv yoldadır. Bu baxımdan, İlham Əliyevin bu səfərinin Azərbaycanın mənafeyinə xidmət edən səfər kimi dəyərləndirirəm. İnanıram ki, nəticələri də müsbət olacaq.
- Yəni hesab etmək olarmı ki, artıq Rusiya yeni reallıqla razılaşıb və münaqişənin bitdiyini qəbul edir?
- Prezident İlham Əliyev Putini inandırdı ki, Azərbaycanın Rusiya ilə bağlı həyata keçirdiyi siyasətdə səmimidir. Yəni biz Rusiya ilə strateji tərəfdaş kimi onun da maraqlarını nəzərə alırıq. İlham Əliyev onu göstərdi ki, onun sözü ilə əməli üst-üstə düşür. İkincisi, razılaşmanın biri də Fransa ilə bağlıdır. Bilirsiniz ki, Fransa BMT Təhlükəsizlik Şurasına keçmiş Dağlıq Qarabağla bağlı bir qətnamə layihəsi hazırlayıb təqdim etmək istəyirdi. Azərbaycan prezidenti son çıxışında bu məsələyə də toxundu. Onun açıqlamasından belə məlum oldu ki, Fransa bu məsələni on dəfə də gündəmə gətirsə, Rusiya buna veto qoyacaq. Bu, bizim üçün çox önəmlidir ki, Azərbaycan özünün maraqlarının olduğu məsələdə Rusiyanı razı sala bildi. Çox güman ki, BMT Təhlükəsizlik Şurasının digər üzvləri Çin və İngiltərə də bu məsələdə Azərbaycana dəstək verir. ABŞ və Fransadan isə nəsə gözləməyə dəyməz.
Bundan başqa, bölgədə yeni düzənin qurulması ilə bağlı razılıq əldə olunub. Cənab prezident də elan etdi ki, yeddi yol xəritəsi var. Bunların dördünün adı çəkildi, üçünün isə çəkilmədi. Digər yol xəritələrinin nədən ibarət olması qapalıdır, bu, cəmiyyətə açıqlanmadı. Amma Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətləri var. Bu baxımdan da, digər məsələlər razılaşdırıla bilər. Hətta gələcəkdə ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırılması məsələsi də nəzərdə tutula bilər. 44 günlük Vətən Müharibəsindən sonra Qarabağda quruculuq işləri aparan Azərbaycana mane olmaq məsələsi ola bilərdi, amma prezidentin Moskva səfərindən sonra bu da sıfıra endirildi. Hazırda Rusiyadan Azərbaycana qarşı hansısa ciddi təhlükə gözlənilmir. Müharibə vaxtı Rusiyanın bitərəf qalması da Azərbaycanın lehinə olan addım idi. Azərbaycan böyük qələbə qazanıb.
Təbii ki, Rusiya Ermənistanı da əldən vermək istəmir. Amma biz ağıllı siyasətimizi davam etdirməliyik. Çünki ərazilər minalardan təmizlənməlidir, insanlarımız öz yurdlarına köçməlidir, bundan sonra digər məsələlərin həllini qaldıra bilərik. Azərbaycan prezidenti çox əmin və rahat danışdı. Görünən budur ki, Azərbaycan üçün heç bir təhlükə yoxdur, razılaşmalar əldə olunub.
- Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı sazişin imzalanması gözləniləndirmi?
- Azərbaycanın sərhədlərlə bağlı Kəlbəcər, Laçın və qismən də Qubadlı istiqamətində problemləri var. Ermənilər Zəngilanla bağlı hansısa iddia ortaya qoymadılar, qoya bilmədilər. Ermənilər çox gözəl bilirlər ki, sərhədlər haradan keçir. Otuz illik işğal dövründə qanunsuzluq ermənilərdə adətə çevrildi. Amma inzibati sərhədlərin hamısının coğrafi enliyi və uzunluğu dəqiq məlumdur. İndi Azərbaycan hərbçiləri topoqrafik xəritələr üzərində dövlət sərhədlərini müəyyən edirlər və həmin ərazilərdə möhkəmlənirlər. Erməniləri narahat edən nədir? Azərbaycan-Ermənistan sərhədləri dağlıq ərazilərdən keçdiyinə görə, həddən çox girintili-çıxıntılıdır. Məsələn, ermənilər Kəlbəcərlə üzbəüz dörd kənddən köçüb getmək istəyir. Çünki həmin ərazilər Ermənistanın iddia etdiyi kimi deyil, ora da girintili-çıxıntılıdır. Azərbaycan ordusu hər iki tərəfdən o ərazilərə nəzarət etdiyinə görə, ermənilər gələcəklərindən qorxurlar, inanmırlar. Sovet vaxtı öz mal-qarasını bu tərəfdə otarırdılar, amma indi nə sürüləri, nə də özləri bu tərəfə keçə bilirlər.
Ermənilər qorxaqdır. Əclaf və xain insan həmişə qorxaq olur. Bu da onların xislətindən doğur. İndi oranı tərk etmək istəyirlərsə, etsinlər, Azərbaycan öz sərhədlərində möhkəmlənməlidir. Paşinyan da baş verənlərin mahiyyətini anlayır. Putin Paşinyanla da telefonda danışdı. Bundan sonra erməni mətbuatı Paşinyanı təkcə “Azərbaycan agenti” kimi qələmə vermir, eyni zamanda “Rusiyanın vassalı” adlandırır. Paşinyan da görür ki, Azərbaycanın ərazi bütövlüyünü mövcud sərhədlər daxilində tanımasa, Ermənistan bir dövlət kimi mövcud olmayacaq. Buna görə də Paşinyan Ermənistanı qorumaq üçün Qarabağdan yüz faiz əl çəkib. Bilir ki, “Dağlıq Qarabağ məsələsi” bitdi. Bundan sonra da çalışacaqlar ki, Ermənistan daxilində gərginlik yaranmasın deyə erməniləri bir qədər Qarabağda saxlasınlar. Təbii ki, tam kasıb ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəklər.
Azərbaycanın sərhəd məsələsində tutduğu mövqe doğrudur. Biz onlardan torpaq istəmirik, amma ərazimizi də onlara vermirik. Ermənilər də bundan qorxurlar.
- Bəs son günlərdə fəallaşan və Ermənistana dəstəyini artıracağını vəd edən Fransa nə istəyir? Hətta Prezident Makronun Ermənistana səfər edəcəyi də açıqlanıb.
- Makron milliyyətcə ermənidir. İran ermənisidir. 1937-ci ildə Azərbaycana gələrək, buradan Ermənistana keçiblər. Müharibə başladıqdan sonra İrana üz tutublar, soyadları da məlumdur – Markaryandır. Arvadının birinci əri, eləcə də özünün bir tərəfi ermənidir. Makron siyasətə təsadüfən gəlmiş adamdır. Onun əxlaqı göstərir ki, siyasət adamı deyil. Digər yandan, Fransanın özünün kifayət qədər problemləri var. Əgər Fransa Qarabağdakı separatçıların “müstəqilliyini” tanıyacağını bəyan edirsə, Azərbaycan da Korsikanın müstəqilliyini tanımaq məsələsini gündəmə gətirməlidir. Çünki Korsika uzun müddətdir Fransanın işğalından azad olmaq üçün mübarizə aparır. Cənab prezident də bildirdi ki, əgər Fransa erməniləri o qədər sevirsə, Marseldə onlar üçün dövlət qursun. Ermənilər indi də Avtsraliyanın Yeni Uels ştatına üz tutublar. Artıq ermənilər orada da “müstəqillik” istəyirlər. Ermənilər hara getsələr bir az yaşadıqdan sonra orada “dövlət” qurmaq iddiasına düşürlər.
Makrona gəldikdə, o, siyasi lider deyil. Digər yandan, dünyada çəkisi olan dövlət başçısı kimi qəbul olunmur. Fransa əvvəllər Avropa Birliyinin diplomatik lideri idisə, indi heç kimdir. İngiltərə getdi, Almaniya Fransanı üstələdi, İtaliya da öz yerindədir. İtaliyanın Azərbaycanla münasibətləri çox yaxşıdır. Digər dövlətlər də Fransanı qəbul etmirlər. Yəni, Makronun İrəvana səfəri heç nəyi dəyişməyəcək. Ermənilər elan etdilər ki, Xankəndində gələcək. Bu mümkünsüzdür. İlk növbədə, Rusiya sülhməramlıları onu buraxmayacaq. İkincisi, beynəlxalq hüquq normalarına əsasən, qanunsuz olaraq ölkə ərazilərinə girdiyinə görə, Azərbaycan ordusu anti-terror əməliyyatları apara bilər. Makron bunu da yaxşı başa düşür.
Gələn ilin martında Fransada prezident seçkiləri keçiriləcək. Makronun bu addımları da seçkilərdən əvvəl ölkəsində yaşayan ermənilərin səsi və maliyyəsini qazanmağa xidmət edir. Amma bununla istəklərinə nail ola bilməyəcək. Fransa-Azərbaycan münasibətləri kifayət qədər gərgindir. Əgər Makron İrəvanda hansısa məsələni gündəmə gətirsə, Azərbaycan öz səfirini geri çağırmalı, Fransa ilə diplomatik əlaqələri kəsməli, ölkəmizdə fransız məhsullarına boykot elan olunmalı, Fransa-Azərbaycan Universiteti bağlanmalıdır. Səhv etmirəmsə, Fransanın Azərbaycanda yüzə qədər şirkəti var. Əgər Makron yanlışa imza atsa, həmin şirkətlərin hamısı Azərbaycandan çıxarılmalıdır. Hamımızı bu məsələnin üstünə getməliyik. Biz bunu edə bilərik və çox yaxşı nəticəsi olacaq – Makron bu addımı atmayacaq./Teleqraf

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI