Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Tanrım, bəxş et bir ömür də Ərdoğana.

Tanrım, bəxş et bir ömür də Ərdoğana.
27-07-2022, 14:39 341 dəfə baxılıb

Tanrım, bəxş et bir ömür də Ərdoğana.


Yox etməyə qəlblərdəki bəd niyyəti,
Yetərli, bəs paklıq, saflıq ülviyyəti,
Var qüdrəti, dünyamızda ədaləti.
Yaşatmağa öyüd verə bəşər qana,
Tanrım, bəxş et bir ömür də Ərdoğana.

Şər önündə sinə gərib söyləyir "Dur",
Səsi çatır yatmışlara ayıla gur,
Kəlməsiylə həqiqətə möhür vurur.
Mümkünsüzdür dediyini kimsə dana,
Tanrım, bəxş et bir ömür də Ərdoğana.

Nədən harda hikmətiylə açarsa bəhs
Susar dinməz dönər lala bədxahlar, nəhs,
Kəmfürsətə hər deyimi sillədir tərs.
Çatır fikri məqamında düz ünvana,
Tanrım, bəxş et bir ömür də Ərdoğana.

Ürəyində məzlumlardan hüdudsuz dərd,
Əsrlərdə tək-tüklərdən cəfakeş fərd,
İnanılmaz qətiyyətlə yenilməz mərd.
Doğru keçə, bax bu yolda qıyar cana,
Tanrım, bəxş et bir ömür də Ərdoğana.

Quranladır dərkindəki möhkəm təməl,
Vəhdətdədir varlığında sözlə əməl,
Ruhla uca ədalətə rəmzdir heykəl.
Zəkasından şəfəq saçan dörd bir yana,
Tanrım, bəxş et bir ömür də Ərdoğana.

Yox etməyə qəlblərdəki bəd niyyəti,
Yetərli, bəs paklıq, saflıq ülviyyəti,
Var qüdrəti, dünyamızda ədaləti.
Yaşatmağa öyüd verə bəşər qana,
Tanrım, bəxş et bir ömür də Ərdoğana. 

 Nəcməddin Mürvətov (Şair.)
  
Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az" xəbər informasiya portalının şimal zonası üzrə bölgə.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI