Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

2ci Dünya müharibəsinin  Veteranının 100 illiyinə həsr olunmuş “Varislər” adlı tədbir keçirilib

2ci Dünya müharibəsinin  Veteranının 100 illiyinə həsr olunmuş “Varislər” adlı tədbir keçirilib
9-05-2022, 16:23 505 dəfə baxılıb

1922-2022  100 il.
Mayın 7-də Azərbaycan İstiqlal muzeyində İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 77-ci ildönümü ilə əlaqədar döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə çoxlu sayda medal və ordenlərə layiq görülən əmək veteranı Məhərrəm Əliyevin 100 illiyinə həsr olunmuş “Varislər” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə acan, Azərbaycan Dövlət Istiqlal muzeyinin direktoru Sədi  Mirseyibli dedi ki, 2 ci Dünya müharibəsində SSRİ-nin qazandığı qələbədə Azərbaycan xalqının da mühüm rolu  olmuşdur. Müharibənin ilk günlərindən cəbhəyə yollanaraq, təşkil olunan diviziyalarda Qafqazdan Berlinədək şanlı döyüş yolu keçən Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri əbədi yaddaşlarda qalaraq, gənc nəslə əsl vətənpərvərlik nümunəsidir.Daha sonra cıxış edən Məhərrəm Əliyevin oğlu, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin  prezidenti Tofiq Əli-zadə bildirdi ki, 2 ci Dünya müharibəsinin və Əmək veteranı olan Məhərrəm Şirəli öğlu Əliyev 1922 ci ildə Qarabağda. Ağdam şəhərində anadan olmuşdur.1941 ci ilin iyulunda,   19 yaşında ikən, Böyük Vətən müharibəsində, alman fasistlərinə qarşı vürüşmaq ücün ordu sıralarına cağırılır. Ölüm-dirim müharibəsi kimi tarixin  yaddaşlarında qalan Böyük Vətən muharibəsində, Azərbaycandan  600 minə yaxın soydaşlarımız da  iştirak edirdilər.Bunlar arasında 40 dan cox soydaşlarımız Sovet İttifaqının Qəhrəmanı adına da  layiq görüldülər.Bu qanlı müharibədə 300 minə yaxın  Azərbaycanlılar qəhrəmanlıqla döyüşərək həlak oldular. Bu müharibədə taleyinə Krım cəbhəsində alman faşistlərinə qarşı vuruşmaq yazılan,Məhərrəm Əliyev,ilk günlərdən,ona verilən  döyüş tapşırıqlarını layiqincə yerinə yetirir. Krım cəbhəsində 775- cı atışı alayında vuruşaraq, Baxcasarayın,Simforopolun, Fiodosiyanın, Yaltanın və Krımın başqa kənd və qəsəbələrinin alman faşistlərindən təmizlənməsi uğrunda gedən qanlı döyüşlərdə iştirak etmişdir. 2Cİ Dünya müharibəsinin ilk günlərindən, müharibənin axırıncı gününə  kimi əskərlik xidmətində olan Məhərrəm Əliyev (1941-1946), müharibədən sonra orden və medallarla döğma vətəni olan,Azərbaycana dönür və əmək fəaliyyətinə Bakı  şəhərinin müxtəlif zavod və fabriklərində calışmaqla başlayır. Tofiq Əli-zadə bildirdi ki, atam Məhərrəm Əliyev yaşadığı illər ərzində, hər dəfə , 9 may qələbə günü ərəfəsində o cəbhə dostlarını  arayıb tapir, onlarla söhbətlər edir, səhbədə olan qəhrəmanlıq anlarını  xatırlayırdılar.  Daha sonra cıxış edən, Məhərrəm Əliyevin cəbhə dost olmuş, 99 yaşlı professor Qara Sarıyev cəbhə  dostu ilə ,bağlı xatirələrini danışarkən,onunla birgə, Boyük Vətən müharibəsində Baxcasarayın,Simforopolun, Fiodosiyanın, Yaltanın və Krımın alman faşistlərinə təmizlənməsi uğrunda gedən qanlı döyüşlərdən  danışdı. Daha sonra “Azərbaycan Vətən Müharibəsi Veteranları”  ictimai birliyinin üzvlər olan zabit və əskərlər,qəhrəmanlıq səlnaməsi kimi, 2 ci dünya müharibəsində alman faşistlərinə qarşı döyüşdlərdə göstrədikləri  qəhrəmanlıqları daima özlərinə örnək kimi qəbul etdiklərindən danışdılar.Cıxş edən ziyalılardan, 2 şəhid anası Dürnisə Əliyeva, “Vətənim-Azərbaycandır.az” saytının Baş redaktoru Kamran Orucov, “Dünya Xəbər” saytının baş redaktoru Dünyaxanım Əliyeva, “Carçı” jurlanın baş redaktoru Gülnarə Əmirquliyeva və başqaları bildirdilər ki, xalqımızın fəxri olan İkinci Dünya müharibəsi veteranlarının qəhrəmanlığı böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Bu ağır döyüşlərdə misilsiz şücaət göstərmiş soydaşlarımızın xidmətləri heç bir zaman unudulmayacaq.Tədbirin rəsmi açılışından sonra qonaqlar Məhərrəm Əliyevə məxsus olan və muzeyin fondlarında qorunub saxlanılan şəxsi əşyaların nümayiş olunduğu sərgi ilə tanış olublar.

Tofiq Əlizadə 
"Vətənim-Azərbaycandır.az"


 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI