Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Müharibə veteranının yüz illiyinə həsr olunmuş “Varislər” adlı tədbir keçirilib

Müharibə veteranının yüz illiyinə həsr olunmuş “Varislər” adlı tədbir keçirilib
9-05-2022, 01:03 505 dəfə baxılıb

Mayın 7-də Azərbaycan İstiqlal muzeyində İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 77-ci ildönümü ilə əlaqədar döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə çoxlu sayda medal və ordenlərə layiq görülən əmək veteranı Məhərrəm Əliyevin yüz illiyinə həsr olunmuş “Varislər” adlı tədbir keçirilib.

"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, tədbirdə İkinci Dünya müharibəsində SSRİ-nin qazandığı qələbədə Azərbaycan xalqının da mühüm rolu olduğu bir daha diqqətə çatdırılıb. Müharibənin ilk günlərindən cəbhəyə yollanaraq, təşkil olunan diviziyalarda Qafqazdan Berlinədək şanlı döyüş yolu keçən Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri əbədi yaddaşlarda qalaraq, gənc nəslə əsl vətənpərvərlik nümunəsidir. Xalqımızın fəxri olan İkinci Dünya müharibəsi veteranlarının qəhrəmanlığı böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Bu ağır döyüşlərdə misilsiz şücaət göstərmiş soydaşlarımızın xidmətləri heç bir zaman unudulmayacaq.
Tədbirin rəsmi açılışından sonra qonaqlar Məhərrəm Əliyevə məxsus olan və muzeyin fondlarında qorunub saxlanılan şəxsi əşyaların nümayiş olunduğu sərgi ilə tanış olublar.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI