Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ABŞ Süleyman Kərimovun yaxtasına əl qoydu - Foto

ABŞ Süleyman Kərimovun yaxtasına əl qoydu - Foto
6-05-2022, 05:55 296 dəfə baxılıb

ABŞ-ın Rusiyaya qarşı sanksiyaları çərçivəsində rusiyalı oliqarx Süleyman Kərimova məxsus 300 milyon dollarlıq 107 metrlik “Amadea” adlı lüks yaxta ABŞ Ədliyyə Departamentinin tələbi və ABŞ-ın dəstəyi ilə Ficinin Lautoka şəhərində Federal Təhqiqat Bürosunun (FTB) qüvvələri tərəfindən ələ keçirilib. 


Vətənim Azərbaycandır.az” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Departamentinin baş prokurorunun köməkçisi Liza Monako Departamentin “qara pullar”la alınan hər yaxtanı müsadirə edəcəyini deyib.

O, Rusiyanın Ukraynadakı "əsassız və ədalətsiz müharibəsinə cavab olaraq qəbul edilmiş sanksiya qərarlarını həyata keçirmək üçün bütün vasitələrdən istifadə edəcəklərini" bildirib.

Qeyd edək ki, Kərimov 2014 və 2018-ci illərdə Rusiyanın Suriya və Ukraynadakı əməliyyatlarına görə ABŞ tərəfindən sanksiya siyahısına salınıb. Kərimova Avropa İttifaqı (Aİ) tərəfindən də sanksiya tətbiq edilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI