Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Goranboy RİH-də yeni təyinat

Goranboy RİH-də yeni təyinat
16-05-2022, 09:29 191 dəfə baxılıb

Goranboy Rayon İcra Hakimiyyətində yeni təyinat olub.


Vətənim-Azərbaycandır.az”ın məlumatına görə, rayon icra başçısı Məhərrəm Quliyev Şaiq Qənbərlini Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edib. O, bu vəzifədə Sərdar Sadıqovu əvəz edib.

Qeyd edək ki, S.Sadıqov bu ilin yanvar ayında RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsindən azad edilmişdi. Yeni vəzifəyə təyinat alan Ş.Qənbərli Goranboy Rayon İcra hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini olub.

Hazırda Goranboy RİH-də Memarlıq və tikinti şöbəsi müdiri–baş memar, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı vəzifələri vakantdır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI