Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qəzadan sonra ölən şəxs “söhbət”ə gedirmiş

Qəzadan sonra ölən şəxs “söhbət”ə gedirmiş
13-05-2022, 12:09 245 dəfə baxılıb

3 ay öncə İsmayıllıda baş verən qəza ilə bağlı bəzi maraqlı nüanslar üzə çıxıb.


Vətənim-Azərbaycandır.az” xəbər verir ki, fevralın 28-də rayonun Kürdmaşı kəndində hərəkətdə olan “VAZ-2106” markalı maşının aşması nəticəsində sürücü Elşad Fərzəliyev və sərnişini Vüsal Salmanov yaralanmış, bir neçə gün sonra E.Fərzəliyev xəstəxanada vəfat etmişdi.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, qəza baş verməzdən 3 saat öncə onlarla tikintidə birlikdə işləyən rayon sakini Qədir Qədirli arasında mübahisə yaranıb. Nəticədə sonuncu hər iki şəxsin baş nahiyəsinə daşla vuraraq ağır xəsarətlər yetirib. Daha sonra mübahisəni davam etdirmək üçün onunla təkrar görüşə gedən E.Fərzəliyev və V.Salmanov qəzaya düşüblər.

İstintaq zamanı alınan məhkəmə tibbi-ekspertizanın rəyləri ilə də Q.Qədirlinin mübahisə zəminində digər iki nəfərə ağır bədən xəsarətləri yetirdiyi təsdiq olunub.

Faktla bağlı cinayət işi başlanılıb, Q.Qədirli şübhəli şəxs qismində saxlanılıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI