Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Cəlilabadda 20 yaşlı qız itkin düşdü - Foto

Cəlilabadda 20 yaşlı qız itkin düşdü - Foto
21-11-2021, 11:35 316 dəfə baxılıb

Cəlilabad rayonunun Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyeva noyabrın 6-da saat 13:00 radələrində Cəlilabad şəhəri ərazisindəki mərkəzi bazardan naməlum istiqamətə gedib və itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Vətənim-Azərbaycandır.az" a verilən məlumata görə, Zəkirə Mirzəyevanın əlamətləri bunlardır:
Boyu 152 sm, gözləri qonur rəngdədir, orta bədən quruluşludur. İtkin düşən zaman üzərində boz rəngli gödəkçə və cins şalvar olub.
Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI