İmişli rayonunda 11 yaşlı qızın hamilə qalması və qeysəriyyə yolu ilə 31-ci həftədə Bakıda uşağı dünyaya gətirməsi ilə bağlı hadisə cəmiyyətdə böyük rezonansa səbəb olub. Sosial şəbəkələrdə gedən müzakirələrdə bu cür hadisənin baş verməsi həmin azyaşlı üçün olduqca ağır travmatik hal kimi qiymətləndirilir. Bundan əlavə, yayılan iddialarda azyaşlının bir neçə dəfə zorakılığa məruz qalması və nəticədə hamilə qalması bildirilir. Rayon Prokurorluğunun açıqladığı rəsmi məlumatda isə hazırda başlanan cinayət işinin istintaqı zamanı heç kimin saxlanılmadığı qeyd edilir.
“
Vətənim-Azərbaycandır.az” bu məqamda 11 yaşlı uşağın hamilə qalmasının onun orqanizminə təsirlərini, gələcəkdə səhhətinə vuracağı fəsadlar barədə mama-ginekoloq Aynurə Abdullayevanın fikirlərini öyrənib.
Həkimin sözlərinə görə, hər bir qadının reproduktiv doğum yaşı 18 sayılır: “11 yaşlı bir qız uşağının orqanizmi nə ana olmağa, nə də uşağı dünyaya gətirməyə hazırdır. Çünki bu yaşda qız uşağının nə mensturasiyası, nə də süd vəziləri normal formalaşmır. Bundan əlavə, uşaqlığın və yumurtalığın funksiyaları da formalaşmamış vəziyyətdə olur. Bu yaşda qız uşağı hamilə qalarsa, çox böyük fəsadlarla rastlaşa bilər.
Bunlardan biri uşaqlığın əzələlərinin kəskin dartılması nəticəsində və uşaqlıq yollarının hazır olmaması nəticəsində vaxtından əvvəl təbii doğuş baş verərsə, qız uşağının kəskin qanaxması baş verə bilər. Bu qanaxma nəticəsində də o, dünyasını dəyişə bilər.
İkincisi, qız uşağının bu yaşda süd vəzi formalaşmamış bir halda hamiləlik dövründə prolaktin hormonu yüksəlir. Qadında süd ifrazı başlanır. Bu da 11 yaşlı bir qız üçün çox böyük bir travmadır. Ümumiyyətlə isə fiziki travmalardan başqa, ən böyük travma uşağın yaşadığı psixoloji travmadır. Çünki bu yaşda orqanizm nə psixoloji, nə də fiziki olaraq hamiləliyə hazırdır.
Bildiyimiz kimi, uşaq vaxtından əvvəl qeysəriyyə ilə dünyaya gəlib. Göründüyü kimi, uşaqlıq hamiləliyi heç tam axıra kimi çatdıra bilməyib. Çünki normal doğuşu uşaqlıq 38-ci həftəyə qədər çatdırmalıdır. Ancaq 11 yaşlı qızda əzələlərin tam yetişməməsinə görə hamiləlik 31- ci həftəyə qədər gəlib çatıb. Nəticədə uşağı qeysəriyyə yolu ilə dünyaya gətirirlər və bu zaman uşaqlıq da çapıq izi alır. Bu da uşaqlıq əzələsinin travmatizasiyadır. O deməkdir ki, bu qız gələcəkdə təbii doğuş edərsə, onun üçün bir risk yaranır. Yalnız qeysəriyyə əməliyyatı ilə övladlarını dünyaya gətirməlidir”.
A. Abdullayeva bildirib ki, 31-ci həftədə doğulmuş uşağın yaşaması mümkündür: “Ancaq bu halda həddindən artıq çox mübarizə aparmaq lazımdır. Digər tərəfdən psixoloji baxımından qızın vəziyyətini nəzərə alsaq, o uşağın sağ qalması ona ömürlük yükdür. Üstəgəl, məlumatlara görə hər iki tərəfin uşağı istəməməsi halı var.
Həmçinin oxuyun: İmişlidə 11 yaşlı qız hamiləlik diaqnozu ilə xəstəxanaya yerləşdirilib“11 yaşlı qızın hamilə qalmasında ən böyük cinayətkar ailədir”Baş Prokurorluq da 11 yaşlı qızın hamilə qalması ilə bağlı məlumat yaydı“Ana deyib ki, qızın qarnına su yığılıb, həkimə aparmaq lazımdır”11 yaşlı ananın körpəsinin vəziyyəti ağırdırOla bilər ki, 11 yaşlı qızın heç mensturasiya dönəmi başlamasın. Bu, o demək deyil ki, o qız hamilə qalmaya bilər. Burada ən böyük səhv ana ilə bağlıdır. O ana necə ola bilər ki, 31-ci həftəyə qədər uşağın qarnının böyüməsini görməsin?! Üstəgəl, nəzərə alsaq ki, 22-ci həftədən sonra uşaq qarında tərpənir. Bir ana heç uşağını əzizləmirmi, qucaqlamırmı ki, bunu hiss edə bilsin?! Üstəgəl, o balaca qız anasına deyə bilər ki, qarnında nələrsə tərpənir, bu zamandamı ana nədənsə şübhələnmir? Yaxud, uşaq hamamda çiməndə də ana bunu görmədimi? Bundan əlavə, süd vəzilərində də böyümə başlayır.
Burada 11 yaşlı qız uşağından söhbət gedir. Bu, birinci növbədə ananın məsuliyyətsizliyidir, onu da bu məsələdə cəzalandırmaq lazımdır. Hər bir qız uşağının 18 yaşına qədər başına nəsə gələrsə, bu məsələdə ana da cavabdehlik daşıyır. Mən dünəndən bu qızcığazın yaşadıqları barədə məlumat aldıqdan sonra özümə gələ bilmirəm. Çünki bu, çox travmatik hadisədir”.
Qeyd edək ki, Respublika Klinik Xəstəxanasından bildirilib ki, hazırda ananın vəziyyəti yaxşı, uşağın vəziyyəti isə ağırdır.
Xatırladaq ki, İmişlidə hamilə olan 11 yaşlı qızın uşağı Respublika Klinik Xəstəxanasının patologiyası şöbəsində 30-31 həftəlik, qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi də başlanılıb. Baş Prokurorluğun məlumatına görə, Rayon Mərkəzi xəstəxanasından İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Hazırda istintaq davam edir.
Günel Türksoy