Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bakıda oğru “iş başında” yaxalandı - Foto

Bakıda oğru “iş başında” yaxalandı - Foto
31-10-2021, 02:20 184 dəfə baxılıb

Paytaxtın Xətai rayonunda yerləşən ticarət mərkəzlərindən birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb.

DİN-in Mətbuat Xidmətindən "Vətənim-Azərbaycandır.az"a verilən məlumata görə, rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. 
Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər obyektə baxış keçirən zaman bir nəfərin mağazanın arxa tərəfində yerləşən dəmir barmaqlıqları kəsərək ora daxil olduğunun şahidi olublar. Polislərin operativliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum edilmiş Hacıqabul rayon sakini Faiq Səmədov saxlanılaraq ərazi üzrə 34-cü Polis Şöbəsinə təhvil verilib. 
Həmin şəxs tutulan zaman əlində olan dəmir parçası ilə müqavimət göstərmək istəsə də, onun bu niyyətinin qarşısı polis əməkdaşlarının çevikliyi nəticəsində alınıb. Faiq Səmədovun oğurluq niyyəti ilə obyektə daxil olması mağazanın təhlükəsizlik kameraları vasitə ilə də anbaan lentə alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.



ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI