17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
14:34 - Müasir Azərbaycan ordusu müstəqilliyimizin və suverenliyimizin qoruyucusudur
12:58 - Leyla Əliyeva və Arzu Əliyeva Xızı rayonuna səfər edib
12:57 - İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və "Made in Italy" nazirini qəbul edib
12:53 - İlham Əliyev: Mingəçevir Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək
12:50 - Milli Məclis Silahlı Qüvvələr Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
"Strasburq neo-Osmanlı İslamının paytaxtına çevrilir" - "Atlantico" (Fransa)
“2025-ci ildə qitədəki ən böyük məscidlərdən biri Strasburqda meydana çıxacaq. Bu məscid də digər ibadət ocaqları kimi Ərdoğanın və “Milli baxış” Türk İslamçı Hərəkatının fikirlərini yayacaq neo-Osmanlı İslamçılığının bir mərkəzinə çevriləcək”.
Vetenim-Azerbaycandir.az xəbər verir ki, bu fikirlər Fransanın “Atlantico” nəşrində yer alıb.
Müəllif Aleksandr del Vallenin fikrincə, şəhərin keçmiş bələdiyyə başçısı Roland Ries hər zaman türklərin qayğısına qalıb. Baxmayaraq ki, bu şəhərdə ayrı-ayrı qruplar açıq şəkildə türk müsəlmanlarının inteqrasiyasını qəbul etmək istəmir və bunu rədd etməyə çağırır. Şəhərin yeni meri, erməni soyadlı Janna Berseqyan məscidin tikintisi üçün bir sıra maneələr yaratsa da, Ərdoğanın milli islamçı gücü “Milli baxış” hərəkatı ilə birləşərək bu çətinlikləri aradan qaldırdı, məscidin tikintisinə lazım olab maliyyə vəsaitləri artırıldı.
Məqalədə vurğulanır ki, Strasburq məscidi neo-Osmanlı memarlıq üslubunda tikiləcək və Avropanın ən böyük məscidlərindən biri olacaq. Məscid ən çox yerli türkün yaşadığı Meyno məhəlləsində tikilməkdədir. Bu ibadət ocağında 36 metr hündürlüyündə iki minarə, iki namaz salonu (bir salonda 2500 adam eyni vaxtda ibadət edə bilər), bir çox yardımçı otaqlar, restoran, çay evi, bərbər dükanı, ticarət mərkəzi, muzey, çox məqsədli salonlar, ofis sahəsi və hətta gənclərin təhsil və mədəni fəaliyyətləri üçün yerlər nəzərdə tutulub.“Rəsmi Ankara və “Milli baxış” Hərəkatı Fransız cəmiyyətinin “azğın adətlərini” mənimsəməmək üçün türk mənşəli gəncləri birləşdirmək məqsəsidlə kifayət qədər vəsait xərcləyir. Bundan əlavə, Ankara Avropa Türk-Müsəlman diasporlarını neo-Osmanlı təsirinin müdafiəsinin özəyinə çevirməyi planlaşdırır.
Vurğulanır ki, “Milli baxış” hərəkatının bütün üzvləri hazırda Ərdoğanın Ədalət və İnkişaf Partiyasının əsas nüvəsidir. “Ərdoğan məhz 2001-ci ildə əvvəlcə “mülayim” bir maskanın arxasında gizləndi, mühafizəkar qüvvələri qəbul etdi və öz partiyasının ən radikal tərəflərini ortaya qoymadı. Ancaq dünyəvi türk qüvvələri həmişə Ərdoğanın “gizli planları”ndan və İslamçılığından xəbərdar oldular. “İslamçı türklər “Troya atı” strategiyası ilə Avropanı və ABŞ-ı (NATO daxil olmaqla) sakitləşdirmək üçün dünyəvi və mütərəqqi qüvvələrdən istifadə etməyi bacardılar. Bu “gizli plan” (Qərb vəziyyəti çox gec anladı) uğurla icra olunur. Məhz 2013-2016-cı illərdə Ərdoğan əsl avtoritar və neo-Osmanlı üzünü ortaya qoydu, üstəlik, Osmanlı xilafətinin 2053-cü ilə “Konstantinopolun fəthinin altı yüzüncü il dönümünə” döndüyünü elan etdi. Bu arada “Milli baxış” Avropada türk müsəlmanları arasında açıq-aşkar öz ideologiyasını uğurla yaymaqda davam etdi və dünyəvi cəmiyyəti rədd etdiyini gizlətmədi. Avropalı türklərə Türk dini qurumları və Diyanət İşləri İdarəsi ilə birlikdə davranan “Milli baxış”ın (xüsusilə alman) Avropa qolları Qərbdəki müsəlman diasporunu birləşdirmək üçün “Müsəlman Qardaşlar”ı ilə işləyirlər.Emmanuel Makronun separatizm və islamafobiya ittihamları bu qüvvələri vahid güc ətrafında daha da birləşdirir”.
Müəllif daha sonra yazır: “Hərəkat təməl sənədlərindən titrəyir: Onların “cihada qoşulma”, “cihada getməyə hər zaman hazır ol” çağırışlarını görürük və möminlər cəmiyyətinin qarşısına “cəmiyyətin islamlaşması” məqsədini qoyduğunu qəbul edirik. Təşkilatın məqsədi (“Bütün yer üzündə Allahın hakimiyyətini qurmaq”) “Müsəlman Qardaşlar”la eynidir və bu şüar olduqca açıq şəkildə qoyulur. Eyni şeyi Avropanın bütün xüsusi xidmət orqanları dinləsəydi, Fransada çoxdan bütün digər islamçı hərəkatlar kimi bu da qadağan edilərdi. “Milli baxış” şəriət qaydalarını və Osmanlı İslamçılığını təbliğ edir və şiddətin bir hədəfə çatmaq üçün uyğun bir yol olduğunu müdafiə edir. Nəhayət, onun loqosu İslam hilalının fonunda Avropa xəritəsidir…2008-ci ildə Almaniyada keçirilən bir konqresdə, daha sonra 2010-cu ildə Parisdə və 2017-ci ildə Strasburqda keçirilən təmtəraqlı mitinqlərdə Ərdoğan əsl Osmanlı fəthi olaraq Avropa türklərinə və müsəlmanlarına bu mesajı verdi: “Heç kim sizdən assimilyasiya tələb edə bilməz. Assimilyasiya tələb etmək insanlığa qarşı cinayətdir …”
Müəllif heyrətini də gizlətməyib: “Təşkilatın yerli ofisinin rəhbəri Əyyup Şahin televiziyada təkrarən Fransadakı İslam təşkilatlarının respublika prinsiplərinə riayət etməsini tələb edən bir sənədi imzalamayacağını təkrarlayıb. Daxili işlər naziri Gerald Darmaneni Ankaranın millətçi müdaxiləsini tənqid etdiyinə görə “cahil” adlandırıb. Əgər hər hansı bir xristian təmsilçisi türkiyəli nazirlə əlaqəli belə bir hiylə qurmağa cürət etsəydi, yəqin ki, onu xeyli həbs cəzası gözləyirdi…Xatırladaq ki, Türkiyədə Rum Pravoslav Patriarxlığı hakimiyyətə tabedir və din xadimləri millətçiləri təbliğ etmək məcburiyyətindədirlər. Xristian məktəblərindəki Türk-Osmanlı baxışları ermənilərin, yunanların və Suriyalıların soyqırımını inkar edir. Bundan əlavə, Halkideki Pravoslav seminariyası 1974-cü ildən bəri bağlıdır və getdikcə daha az sayda artan yeni keşişlər yetişdirə bilmir”.