Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

MOBİL VERSİYA Enerji marşrutunda Macarıstanın mühüm rolu: Budapeşt Azərbaycanın böyük layihələrində! 28 06.09.2023 12:09 A A Macarıstan şirkətləri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq prosesində artıq fəaliyyətə b

MOBİL VERSİYA   Enerji marşrutunda Macarıstanın mühüm rolu: Budapeşt Azərbaycanın böyük layihələrində!   28  06.09.2023 12:09 A  A  Macarıstan şirkətləri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq prosesində artıq fəaliyyətə b
6-09-2023, 12:23 200 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ
Macarıstan şirkətləri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq prosesində artıq fəaliyyətə başlayıblar

Sentyabrın 4-də Azərbaycan və Macarıstan xarici işlər nazirlikləri arasında Strateji Dialoqun birinci iclası keçirilib. Strateji Dialoq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Macarıstana səfəri çərçivəsində baş tutub. Nazirlər ilk Stateji Dialoqun keçirilməsi ilə bağlı protokol imzalayıblar.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Budapeştdə macar həmkarı Peter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, enerji sahəsində əməkdaşlıq Azərbaycan və Macarıstan arasında əlaqələrin əsas sütunudur: “Biz Avropada ən böyük enerji infrastrukturu layihəsi olan Cənubi Qaz Dəhlizi vasitəsilə strateji tərəfdaşlığımızı inkişaf etdirməyə davam edirik. Macarıstan yeni təşəbbüs olan, Xəzər qazının Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə çatdırılmasını və Avropanın enerji təhlükəsizliyinə töhfəni hədəfləyən "Həmrəylik halqası"nın iştirakçısıdır".
Macarıstanın XİN rəhbəri Peter Siyarto isə bildirib ki, Macarıstan tədarük mənbələrini şaxələndirmək üçün Azərbaycandan 1 milyard kubmetr təbii qaz almağı planlaşdırır. O, Avropa İttifaqını Azərbaycan təbii qazının Rumıniya və Macarıstana çatdırıla biləcəyi boru kəmərlərinin ötürücülük qabiliyyətini genişləndirmək üçün vəsait ayırmağa çağırıb.
Azerbaycan ve Macaristan arasinda Strateji Dialoqun ilk iclasi keçirilib
Həmçinin nazirin sözlərinə görə, Bakı və Budapeşt arasında Macarıstanın tikinti şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərində iştirakı ilə bağlı ilkin razılıq əldə olunub.
Xatırladaq ki, avqustda Budapeşt və Bakı arasında siyasi saziş imzalanıb və bu sazişə əsasən, Azərbaycan qazının Macarıstana nəqlinin həcmi təqribən 1 milyard kubmetrə çatdırılacaq.
Bir müddət əvvəl Siyarto Avropa İttifaqını Cənubi Avropa ölkələrinin qaz təminatına barmaqarası baxmaqda ittiham edib. Bildirib ki, onlara Rusiya qazından imtina etmələri üçün təzyiq edilir, amma alternativ mənbələrdən təminat üçün dəstək verilmir. Buna görə də Bolqarıstan, Macarıstan,Yunanıstan, Rumıniya, Serbiyə və Slovakiya Türkiyə ilə birlikdə bölgənin enerji təhlükəsizliyinin təminatı məsələsini müzakirə ediblər. Bu ölkələr Türkiyə üzərindən Azərbaycan və Qətərdən alınacaq qazın nəqlini yoluna qoymağa çalışırlar.
Hazırda Macarıstan qaza olan tələbatının 80 faizə qədərini Rusiyadan təmin  edir. 2021-ci ildə “Qazprom”la iki uzunmüddətli müqavilə imzalanıb. Ukrayna ərazisindən Avsrtiya və Slovakiya üzərindən 1 milyard kubmetr, Türkiyədəki “Türk axını” ilə isə 3,5 milyard kubmetr Rusiya qazı alır. Ukrayna 2024-cü ilin yanvarından Rusiya qazının öz ərazisindən nəqlini tamamən dayandıracağını elan edib. Bu halda, Macarıstan Türkiyə üzərindən alışları artırmaq, həmçinin Azərbaycandan qaz almaq üçün addımlar atır.  Bundan əlavə, Macarıstan Türkiyə ilə 2024-cü ilin  yaz-yay aylarında 275 milyon kubmetr qazın alışına dair müqavilə imzalayıb. Siyarto həmçinin avqust ayında Qətərlə maye qaz alışına dair memorandum imzaladıqlarını açıqlayıb. Memorandum 2027-ci ildən etibarən Qətərdən maye qaz alınmasını nəzərdə tutur. Hazırda ölkələr arasında qazın həcmi və çatdırılması yolları müzakirə edilir. “Türk axını”nın Macarıstana ötürücülük imkanı illik 8,5 milyard kubmetrdir. Budapeşt alternativ mənbələrdən tələbatı ödəyəcək həcmlərini təmin edənə qədər Rusiya qazının alışını davam etdirmək niyyətindədir və bunu ən yüksək səviyyədə dəfələrlə bəyan edib.
Onu da qeyd edək ki, Macarıstanla Azərbaycan arasında əlaqələrdə enerji mühüm həlqəni təşkil edir. Aprelin 25-də Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimi baş tutub. Memorandum Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.
Memorandumun imzalanması mərasimində Prezident İlham Əliyev deyib ki, Azərbaycan Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyaya, bu ildən başlayaraq isə Rumıniyaya təbii qaz ixrac edir, ilin sonunadək isə Macarıstan və Slovakiya da Azərbaycandan qaz idxal edən ölkələrin sırasına qoşula bilər: “Bütün zəruri interkonnektorlar yerində olarsa, biz ilin sonunadək Macarıstan və Slovakiyaya qaz tədarükünə başlamağı planlaşdırırıq. Biz Albaniya ilə yerli qazpaylayıcı sistemin tikintisi ilə bağlı danışıqlar prosesindəyik. Çünki Cənub Qaz Dəhlizi Albaniya ərazisindən keçir. Həmçinin "Həmrəylik halqası" üzvü olaraq Slovakiya da əminəm ki, tezliklə bizim enerji sahəsində tərəfdaşımız olacaq. Biz qaz tədarükümüzün coğrafiyasını genişləndirərək 6 ölkədən ən azı 10 ölkəyə çatdıracağıq. Mən “ən azı” dedim, çünki düşünürəm ki, bu hekayənin sonu deyil, biz Avropa qaz bazarındakı mövcudluğumuzu daha da genişləndirməyi planlaşdırırıq".
Memorandumla Azərbaycanın Avropaya çıxaracağı 10 milyard kubmetr əlavə qaz həcmlərinin demək olar ki, hamısının alınması təmin edilmiş olur. Belə ki, əlavə qazın alıcıları Bolqarıstan - mövcud 1 milyard kubmetrdən əlavə 1 milyard kubmetr də istəyir, Rumıniya ən azı 2 milyard kubmetr, Macarıstan 2-3 milyard kubmetr, Slovakiya isə 1 milyard kubmetr qaz almaq istəyir. Daha 2 milyard kubmetri də Serbiya və Xorvatiya istəyir. Bu isə faktiki olaraq, Azərbaycanın genişlənmiş Cənub Qaz Dəhlizi ilə nəql edəcəyi bütün əlavə həcmlərin alıcısının müəyyənləşməsi deməkdir.
Macarıstan Azərbaycandan Avropaya yaşıl enerji ixracı layihəsinin də iştirakçısıdır. 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Saziş Qara dənizin dibi ilə Azərbaycandan Avropaya elektrik enerjisi ötürəcək kabelin çəkilməsini nəzərdə tutur. Avropa Komissiyası kabelin çəkilişi üçün 2,3 milyard avro vəsait ayırıb.
Sualtı kabel xəttinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını İtaliya şirkəti hazırlayır. Dünya Bankının ayırdığı 2,5 milyon avro hesabına maliyyələşəcək əsaslandırma 2023-cü ilin sonuna hazır olacaq. 2024-cü ildən etibarən layihənin icrasına başlanması və 3-4 ilə yekunlaşdırılması nəzərdə tutulur.
Avqust ayında Buxarest şəhərində Azərbaycandan Avropaya yaşı enerjinin ixracı istiqamətində daha bir addım atılıb. Belə ki, “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin dördüncü iclası keçirilib. Energetika Nazirliyindən verilən məlumata görə, tədbirdə Bolqarıstanın və Avropa Komissiyasının nümayəndələri də iştirak edib. İclasda sazişin iştirakçısı olan dörd ölkə arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, müvafiq ölkələrin sistem operatorlarının iştirakı ilə təsis olunan birgə müəssisə saziş çərçivəsində yaşıl enerjinin Xəzər dənizindən Avropaya ötürülməsini nəzərdə tutan layihənin reallaşdırılması üçün məsul qurum olmaqla Rəhbər Komitə qarşısında cavabdehlik daşıyacaq.
İclasda layihənin Qara dənizlə bağlı ilkin mərhələsinin texniki-iqtisadi əsaslandırmasının bu ilin oktyabr ayında başa çatacağı bildirilib, həmçinin “Xəzər dənizi - Avropa İttifaqı yaşıl enerji dəhlizi”nin texniki tapşırığı təsdiq edilərək layihənin texniki-iqtisadi əsaslandırmasının koordinasiyası katiblik funksiyasını həyata keçirən Azərbaycan Respublikasının Energetika Nazirliyinin Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə həvalə edilib.
Hələlik Azərbaycanla Macarıstan arasında iqtisadi əlaqələrin yüksək inkişafından danışmaq mümkün deyil. Belə ki, rəsmi statistikaya əsasən, 2021-ci ildə Azərbaycanla Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə isə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 47,4 milyon ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir.
MOL şirkəti I rübdə AÇG blokunda neft hasilatının artması hesabına hasilatı  artırıb — «İnterfax» — Ən son Azərbaycan, Gürcüstan və Ermənistan xəbərləri
Macarıstanın MOL şirkəti 2020-ci ildə ABŞ-ın “Chevron” şirkətinin Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yatağındakı 9,57 faiz və Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəmərindəki 8,9 faizlik payını almaq üçün müqavilə imzalayıb. Müqavilənin dəyəri 1,57 milyard ABŞ dolları təşkil edib.
Hazırda iki ölkə arasında nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq inkişaf etdirilir. Bu məqsədlə 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Macarıstan Asiyadan Avropaya yükdaşımaların əsas marşrutlarından biri olan Orta dəhliz layihəsinə də qoşulub. Bu dəhliz yüklərin Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya çatdırılmasını nəzərdə tutur.
Macarıstanın “Wizz Air” şirkəti Bakı və Budapeşt şəhərləri arasında birbaşa aviareyslər həyata keçirir. Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa-quruculuq prosesində artıq fəaliyyətə başlayıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI