Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

15:02 - Seyid İbrahim Rəisi: "İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür"

15:00 - Latviya parlamentinin sədri Füzulidə səfərdədir

14:58 - Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"

14:57 - Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"

14:56 - İlham Əliyev: "İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb"

02:11 - Kəlbəcərin Vəng kəndindən eksklüziv görüntülər - VİDEO

22:16 - İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

22:13 - Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib.

19:09 - Rafael Ağayev Ginnesin Rekordlar kitabına düştü!

18:50 - Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası Türkiyədə keçirilən konfransda təmsil olunub - FOTO

18:48 - SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO

18:32 - İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB

18:29 - İlham Əliyev “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışlarını edib - YENİLƏNİB

18:28 - Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

15:12 - BEYNƏLXALQ MUĞAM MƏRKƏZİNDƏ “MUĞAM MÜHAZİRƏLƏRİ” TƏDBİRİ KEÇİRİLİB

Sivva “Sabahın xeyir, Şuşa” adlı yeni mahnı və klipini təqdim edib - VİDEO

Sivva “Sabahın xeyir, Şuşa” adlı yeni mahnı və klipini təqdim edib - VİDEO
8-05-2024, 21:33 66 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Səhnə adı Sivva olan bəstəkar-müğənni Sevinc Ağasıyeva “Sabahın xeyir, Şuşa” adlı yeni mahnı və klipini təqdim edib.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, mahnının sözləri şair Əyyub Qiyasa, musiqisi Sivvanın özünə aiddir. Həzin, eyni zamanda vətənpərvərlik ruhunda olan mahnıya klip də lentə alınıb.

Ekran işinin rejissoru Emin Muradovdur. Klipdə Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Pənah Məmmədovun obrazı canlandırılıb, eyni zamanda onun real kadrları yer alıb. Çəkilişlərin bir hissəsi şəhidin təhsil aldığı Şəki rayonu Orta Zəyzid kənd orta məktəbində, əsas hissəsi isə Şuşada - Cıdır düzü, Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhərağa məscidi və digər yerlərdə aparılıb.
Layihənin məqsədi Vətən savaşında şəhidlərimizin qəhrəmanlığını işıqlandırmaq və əzəli Azərbaycan torpağı olan Şuşa haqda yaddaqalan iş ərsəyə gətirməkdir. Əsas mesaj isə budur. Qarabağ xanlığı və Şuşa şəhərinin qurucusu Pənahəli xanın yurdu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz, həmçinin Pənah Məmmədov kimi şəhidlərimizin sayəsində işğaldan azad olunub.
Şuşanın himninə çevriləcək mahnını sizə təqdim edirik:


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI