Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

15:02 - Seyid İbrahim Rəisi: "İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür"

15:00 - Latviya parlamentinin sədri Füzulidə səfərdədir

14:58 - Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"

14:57 - Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"

14:56 - İlham Əliyev: "İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb"

02:11 - Kəlbəcərin Vəng kəndindən eksklüziv görüntülər - VİDEO

22:16 - İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

22:13 - Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib.

19:09 - Rafael Ağayev Ginnesin Rekordlar kitabına düştü!

18:50 - Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası Türkiyədə keçirilən konfransda təmsil olunub - FOTO

18:48 - SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO

18:32 - İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB

18:29 - İlham Əliyev “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışlarını edib - YENİLƏNİB

18:28 - Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

15:12 - BEYNƏLXALQ MUĞAM MƏRKƏZİNDƏ “MUĞAM MÜHAZİRƏLƏRİ” TƏDBİRİ KEÇİRİLİB

Yaşatdıqları ilə tarix yazan ADAM

Yaşatdıqları ilə tarix yazan ADAM
7-05-2024, 20:51 91 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ



İnsan yaşadıqları ilə deyil, yaşatdıqları ilə tarixə düşəcək deyirlər. İbrahim İbrahimov məhz belə insanlardandır. Sambo üzrə SSR-i idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqiçisi Bədən Tərbiyəsi və İdman Xadimi, Şöhrət Ordeni, Vətənə Xidmət Ordeni, Tərəqqi medalı, Prezidentin fərdi təqaüdçüsü və.s titulları olan İbrahim müəllim,  əslən Karvansaray (İcevan) rayonunun Haqqıxlı kəndində dünyaya göz açıb.
65 illik ömrünün  böyük hissəsini Azərbaycan övladlarının sağlam həyat yaşamasına həsr edən İbrahim müəllim, bu gün də öz missiyasını davam etdirməkdədir.  O hal-hazırda Paralimpiyanın cüdö növü üzrə Azərbaycan Respublikasının baş məşqiçisi kimi fəaliyyət gösrətir. 
Onun yetirmələri arasında saysız-hesabsız olimpiya, dünya və avropa çempionları var. Cüdo üzrə II qat Paralimpiya çempionu İlham Zəkiyev, Tofiq Məmmədov, Ramil İbrahimov, Ramil Qasımov, Vüqar Şirinli, Hüseyin Rəhimli, Bayram Mustafayev, Rövşən Səfərov, Namiq Abbaslı kimi çempion və mükafatçıların adını çəkməklə, bu əzizimizin dövlətimiz üçün nə qədər böyük işlər gördüyünü göz önünüə gətirmək olar. Bu nailiyyətlərə baxarkən birmənalı olaraq söyləmək olar ki, İbrahim müəllim artıq,  təkcə Qərbi Azərbaycanlı deyil. O həm də Bütöv Azərbaycanın  hətta, türk dünyasının fəxarətli oğludur.
Əzizimiz İbrahim müəllim!
Sizin nailiyyətlərinizə baxdıqca əmin oluruq ki, siz xəyal ediləcək işləri reallığa çevirməklə müqəddəs adınızı gələcəyə daşıya bilmisiniz!  Ümid sandığınız  hər zaman işıq saçsın Azərbaycanın fəxri! Doğum gününz mübarək!
Hörmətlə, Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov
 





ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI