Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

15:02 - Seyid İbrahim Rəisi: "İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür"

15:00 - Latviya parlamentinin sədri Füzulidə səfərdədir

14:58 - Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"

14:57 - Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"

14:56 - İlham Əliyev: "İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb"

02:11 - Kəlbəcərin Vəng kəndindən eksklüziv görüntülər - VİDEO

22:16 - İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

22:13 - Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib.

19:09 - Rafael Ağayev Ginnesin Rekordlar kitabına düştü!

18:50 - Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası Türkiyədə keçirilən konfransda təmsil olunub - FOTO

18:48 - SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO

18:32 - İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB

18:29 - İlham Əliyev “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışlarını edib - YENİLƏNİB

18:28 - Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

15:12 - BEYNƏLXALQ MUĞAM MƏRKƏZİNDƏ “MUĞAM MÜHAZİRƏLƏRİ” TƏDBİRİ KEÇİRİLİB

Slovakiyalı nazir: “Bakı və Bratislava müdafiə sahəsində əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər”

Slovakiyalı nazir: “Bakı və Bratislava müdafiə sahəsində əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər”
7-05-2024, 23:52 49 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


“Azərbaycan və Slovakiya müdafiə sektorunda mümkün əməkdaşlıq istiqamətlərini müəyyən ediblər”.
Bunu Slovakiyanın müdafiə naziri Robert Kalinyak deyib.
“Slovakiya uzun müddətdir ki, müdafiə sənayesinin yüksək inkişafı ilə tanınır. Ona görə də bir çox ölkələr bu sahədə Slovakiya ilə əməkdaşlıq etmək istəyirlər”, - o bildirib.
R.Kalinyak müdafiə sahəsində qarşılıqlı əməkdaşlığa dair bu gün Bakıda imzalanan sənədlərdən danışaraq qeyd edib ki, konkret müqavilələrdən danışmaq hələ tezdir:
“Hazırda mümkün əməkdaşlıq istiqamətləri müəyyən edilib. Bu memorandumlar həm də Azərbaycanla əməkdaşlıq çərçivəsində müdafiə sənayemizi inkişaf etdirməyə imkan verir. Bəzi hallarda bu, birbaşa müqavilə və ya birbaşa sifariş, digər hallarda isə texnologiyanın transferi, malik olduğumuz bacarıqların ixracıdır. Birgə müəssisələr mövqeyi var”, - nazir bəyan edib.

R.Kalinyak vurğulayıb ki, bu əməkdaşlıq Slovakiyanın iqtisadi inkişafına da töhfə verəcək.
Onun sözlərinə görə, qarşılıqlı danışıqlar nəticəsində məlum olub ki, Azərbaycan ağır sənaye üçün Slovakiyanın uzun illər təcrübəsi olan tam texnoloji bazanın yaradılmasında maraqlıdır:
“Bu, bu sahədə slovakiyalı mütəxəssislər üçün yer yaradır”, - R.Kalinyak yekunlaşdırıb.
Mənbə: teraz.sk

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI