Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

15:02 - Seyid İbrahim Rəisi: "İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür"

15:00 - Latviya parlamentinin sədri Füzulidə səfərdədir

14:58 - Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"

14:57 - Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"

14:56 - İlham Əliyev: "İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb"

02:11 - Kəlbəcərin Vəng kəndindən eksklüziv görüntülər - VİDEO

22:16 - İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

22:13 - Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib.

19:09 - Rafael Ağayev Ginnesin Rekordlar kitabına düştü!

18:50 - Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası Türkiyədə keçirilən konfransda təmsil olunub - FOTO

18:48 - SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO

18:32 - İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB

18:29 - İlham Əliyev “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışlarını edib - YENİLƏNİB

18:28 - Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

15:12 - BEYNƏLXALQ MUĞAM MƏRKƏZİNDƏ “MUĞAM MÜHAZİRƏLƏRİ” TƏDBİRİ KEÇİRİLİB

Prezidentin təltif etdiyi mədəniyyət və incəsənət xadimləri DANIŞDILAR - FOTO

Prezidentin təltif etdiyi mədəniyyət və incəsənət xadimləri DANIŞDILAR - FOTO
9-05-2024, 15:39 93 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ



Bu gün Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi və İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncamlar imzalayıb. 

VETENİM-AZERBAYCANDIR.AZ -ın əməkdaşı mükafata layiq görülən bir neçə mədəniyyət və incəsənət xadimi ilə danışdırıb.

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Prezidentin fərdi təqaüdünə layiq görülən heykəltəraş Ömər Eldarov Oxu.Az-a açıqlamasında bunun gözlənilməz olduğunu deyib:

“Xəbərimiz yox idi. İndi siz dediniz. Çox şad oldum, minnətdaram. Gözlənilməz oldu. Çox təşəkkür edirəm. Dəyər verildiyimi hiss etdim”.
Ö.Eldarov hələ ki, sifarişlərinin olmadığını qeyd edib:
“Hazırda sifarişlərim yoxdur. Havalar isti olan kimi işləyəcəyəm.
Sabah Şuşaya, “Xarıbülbül” festivalının açılışına gedirəm. Hər zaman dövlətim yanımdadır. Prezident İlham Əliyev heç vaxt qayğısını əsirgəmir. Mən indi ən çox gənclərə dəstək olmağa çalışıram. İstəyərdim ki, gənc heykəltaraşlar tanınsın”.
Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülən aktrisa Naibə Allahverdiyeva isə bu mükafatı gözlədiyini qeyd edib:

“Açığı gözləyirdim. Sağ olsun cənab prezident. Dualarımız hər zaman onunladır. Bu mükafat ulu öndərin vaxtından təsis olunub. Çox sevinirəm. Minnətdarlığımı bildirirəm”.
N.Allahverdiyeva ruh yüksəkliyi yaşatdığını əlavə edib:
“O vaxtı “Xalq artisti” adını alanda da mənim bütün həyatım dəyişdi. Aktyorlar çox həssas insanlardır. Bir dəyər onun üçün dünya deməkdir. O, məni yerdən götürüb qaldırdı. Əlbəttə bu mükafatın da işlərimə təsiri olacaq”.
Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülən Rəhman Rəhmanov da sevincli olduğunu qeyd edib:

“Çox gözəl hisslərdir. Əlbəttə ən xoş hisslər keçirtdim. Bir neçə gün sonra Azərbaycan Dövlət Kukla Teatrında işləməyimin 50 ili tamam olur. Bu mükafat məni bu yaşımda çox ruhlandırdı”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI