17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
ŞƏHİD ADI UCA TUTULUR.
VETENİM-AZERBAYCANDIR.AZ Şəhidlər ölməz,
Vətən bölünməz !!!
Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan 44Günlük ll Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan mərd oğullarımızdan biri də Şəhid Murtuzov Məhəmməd Ramazan oğlunun xatirəsini əziz tuturuq.
Nur üzlü Şəhidimiz
24.06.2002ci il tarixində Balakən rayon Xalatala kəndində dünyaya göz açmışdır. Xalatala kənd tam orta məktəbindən məzun olduqdan sonra 20.04.2020 ci il tarixində hərbi xidmətə çağırılmışdı. Torpaqlarımızı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən Şəhid Murtuzov Məhəmməd 44 günlük Qarabağ müharibəsində iştirak etmiş, vətənimizin müdafiəsində xüsusi xidmətlər göstərmişdir.
Zəfər çaldığımız Vətən müharibəsində düşmənə qarşı aparılan haqlı savaşımızda 27.09.2020- ci il tarixində Fizuli rayon istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur.
Şəhidlərimizə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə diqqət və qayğı daima Ali Baş Komandan İlham Əliyevin diqqət mərkəzindədir. Dövlətimizin başçısının tapşırığına əsasən, rayon rəhbərliyi və YAP rayon təşkilatı şəhidlərimizin doğum və anım günlərində onları diqqətdən kənarda qoymur. Məzarlarını ziyarət edib, ailələrinə təssəli vermək hər birimizin vətəndaşlıq borcumuzdur. Həmişə olduğu kimi bu gün də Şəhid Murtuzov
Məhəmmədin xatirəsini əziz tutaraq ehtiram hissi ilə ONDERTV.ORG.. informasiya agentliyinin baş redaktoru Kamran Orucov və kollektivi Şəhid ailəsinə Allahdan səbr, dözm diləmişdir. O bildirmişdir ki, torpaqlarımızın işğaldan azad edilməsi hər birimizdə qürur hissi doğurur və bu amal uğrunda fədakarlıq göstərən mərdlərimiz Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqlar. Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse- prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər. Balakən Rayon İH tərəfindən Şəhid adına Şəhid ailəsinə bəslədikləri hörmət bizi hədsiz məmnun edir
Bu münasibət ŞƏHİD ruhunu sevindirir. Balakən rayon İH. başçısı İslam Rzayevə yazılı sürətdə ərizə forması ilə müraciət edilib. ŞƏHİD Övladları üçün arzu-istəklərini yerinə yetirən İslam müəllimdən Şəhid ailəsi və adı gedən məktəbin rəhbər və müəllim kollektivi, kənd sakinləri, vətənpərvər xalqımızın müraciətinə əsasən
" Kəndin ilk və yeganə Şəhidi olaraq məzunu olduğu Xalatala kənd tam orta məktəbin Murtuzov Məhəmməd Ramazan oğlunun adı ilə adlandırılması" Şəhid adına ehtiram hissi kimi dəyərləndirilir.. Ərizədə göstərildiyi kimi, İslam müəllimin "Şəhid, Qazi, Veteran, İmtiyazlı ailələrə diqqət və qayğı ilə hörmət göstərdiyi qeyd olunub. Ümid edirik ki, məzunu olduğu Balakən rayon Xalatala kənd tam orta məktəbinin
2023-2024cü tədris ilinin açılışı münasibətilə Şəhid MURTUZOV MƏHƏMMƏD RAMAZAN oğlunun adının verilməsi qərarını İslam Rzayevin
imzalaması ilə əlaqədar
açılışda bizim də iştirakımız zəruridir.
Şəhid ruhu qarşısında baş əyirik .ONDERTV.ORG informasiya agentliyinin icraçı direktoru: Nailə Muradova..