11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
22:59 - Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi AÇIQLANDI
KİTABXANAYA ULU ÖNDƏRƏ HƏSR OLUNMUŞ YENİ ŞERİN TƏQDİMATI.
VETENİM-AZERBAYCANDIR.AZ
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri
oxucusu, AYB-nin və AJB-nin üzvü, “Tərəqqi” medalı laureatı, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatçısı,
“Vedibasar” qəzetinin redaktoru, şair, yazıçı-publisist Nəsibə İsrafilqızı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi yeni şeirini
kitabxanaya təqdim etdi.Mərkəzi Kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsində fəal iştirak edən Nəsibə İsrafilqızının “Xilaskarım” şeiri oxuculara təqdim olunur.
Qeyd etmək istərdim ki, Nəsibə İsrafilqızının Ulu ndər Heydər Əliyevin 100 illiyinə ithaf etdiyi XİLASKAR şeri bu gün 24 may tarixində Yaponiyada Tokio şəhərində Azərbaycan saytı olan Azpres saytında gedən saytda verilib. Sayt Azərbaycan dilindədir, Tokioda yerləşir.
Xilaskarım
(Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilib)
Sən zirvəsən, uca dağsan,
Bol-bəhrəli yaşıl bagsan.
Sən alisən, sən aqilsən,
Tarix yazan bir alimsən.
Ürəklərə dolub qaldın,
Bir əbədi mehman oldun.
Şəfa tapdın minbir dərdə,
Bərabərin yox hünərdə.
Sən milləti tanıtdın, bu dünyaya, cahana.
Hər kəlməndə min hikmət, hər sözündə min məna.
Adına “Xilaskarım”, “Heydər baba” dedilər.
Millətə ata oldun, “Heydər ata” dedilər.
Sənsən al Günəşimiz, nuruna boyanırıq,
Şəfəqlər sığalında hər sabah oyanırıq.
Sən xalqın keşiyində bir əbədi mayaksan,
İşinlə, əməlinlə millətinə dayaqsan.
Oldu bayraqdarımız dəmir yumruqlu İlham,
Bu şərəfə, hünərə, dünyalar qaldı heyran.
Bir yumruqda birləşib sinə gərdik səngərə,
Alqış igid əsgərə, alqış igid rəhbərə.
Möhtəşəm zəfər çaldı döyüşlərdə ordumuz,
Azadlığa qovuşdu bu müqəddəs yurdumuz.
Qarabağda, Şuşada dalğalandı bayrağım,
Şənlik etdi el-oba, güldü yurdum, torpağım.
Əqidən, amalınla sənin yolun haqqı yolu,
Sən millətin oğulsan sənin yolun xalq yolu.
Adın zirvələrdədi, tarixlərdə qalacaq,
Sən tarixi yazmısan, tarix səndən yazacaq.
Ey Türkün şanlı oğlu, Vətənin vətəndaşı,
Türkün başqa kimi var, Türkdü elə qardaşı.
Bizi qoruyacaqdır Allah, müqəddəs “Quran”,
Yaşasın Azərbaycan, yaşasın Ulu Turan.
VETENİM-AZERBAYCANDIR.AZ