17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
ƏZİZ HƏMVƏTƏNLƏRİM və DÜNYA MÜSƏLMANLARI: NOVRUZ BAYRAMINIZ MÜBARƏK !!!
Novruz sülhü və tolerantlığı tərənnüm edir.
Ulu Önder.
Ta qədim zamanlardan Novruz bayramı Sovetlər dövründə mövcud olan qadağalara rəğmən yalnız el bayramı kimi qeyd olunan "Novruz" xalqımız tərəfindən yaşadılımış və bütün adət-ənənələri qorunub saxlanılmışdır. Novruz bayramı yazın ilk günü qeyd olunan təbiətin canlanmasını özündə əks etdirən bir bayram olmaqla yanaşı sülhü, barışı, əmin-amsnlığı özündə birləşdirməyi bacarmışdır. Bir çox müsəlman dövlətlərində müxtəlif formalarda qeyd olunan Novruz bayramı dini və milli adət- ənənələrdən, inanclardan irəli gələn qayda qanunlarla həyata keçirilir. Bu bayram baharın gəlişi, torpağın oyanışı, bərəkət rəmzi kimi qəbul olunur.
Novruz bayramında təşkil olunan kütləvi bayram şənlikləri xalqımızın birlik-bərabərlik və həmrəyliyindən xəbər verir. Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə hər il Novruz bayramında el şənliklərində iştirak edən Ulu Öndər Heydər Əliyev xalqımızın milli bayramına böyük önəm verirdi. Novruz bayramının mahiyyətini izah edən dəyərəli fikirlər söyləyirdi. Eyni zamanda bildirmişdir ki, böyük mənəvi gücə malik olan "Novruz bayramı" ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır.
Müsətqil Azərbaycan dövlətinin milli bayramı olan "Novruz" xalqımız tərəfindən son illər daha böyük coşqu və təntənə ilə qeyd olunur. Ölkə başçısı cənab İlham Əliyev hər il Novruz bayramı münasibətilə xalqı təbrik edir, keçirilən el şənliklərində iştirak edir. Azərbaycan xalqının qədim adət-ənənələrini özündə cəmləşdirən "Novruz bayramı"- xalqımızın milli bayramı olaraq artıq bütün dünyada geniş təbliğ edilir. Müstəqilliyi əldə etdikdən sonra İşğal olunmuş torpaqlarımızın azad edilməsi və həmin ərazilərdə digər bayramlarla bərabər Novruz bayramının da qeyd olunmasını xalqımız böyük həsrətlə gözləyirdi. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və xalqımız artıq həmin ərazilərdə Zəfər təntənəsi ilə Novruz bayramını qeyd edir. Baş redaktor Kamran Orucov başda olmaqla Vətənim Azerbaycandır.az xeber portalı kollektivi Novruz bayramının Dünyamıza Sülh, Vətənimizə əmin-amanlıq, elimizə xoşbəxtlik, süfrəmizə ruzi-bərəkət, qəlbimizə isə sevinc dolu əhval-ruhiyyə ilə qədəm qoymasını Uca Tanrıdan diləyirik..
Novruz bayramınız mübarək əzizlərim !
Vətənim Azərbaycandır.az
İcraçı direktor: Naile Muradova.