Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ƏZİZ HƏMVƏTƏNLƏRİM və DÜNYA MÜSƏLMANLARI: NOVRUZ BAYRAMINIZ MÜBARƏK !!!

ƏZİZ  HƏMVƏTƏNLƏRİM və DÜNYA MÜSƏLMANLARI: NOVRUZ  BAYRAMINIZ MÜBARƏK !!!
20-03-2023, 23:56 324 dəfə baxılıb




    Novruz sülhü və tolerantlığı tərənnüm edir.
                                          
  Ulu Önder.

Ta qədim zamanlardan Novruz bayramı Sovetlər dövründə mövcud olan qadağalara rəğmən yalnız el bayramı kimi qeyd olunan "Novruz" xalqımız tərəfindən yaşadılımış və bütün adət-ənənələri qorunub saxlanılmışdır. Novruz bayramı yazın ilk günü qeyd olunan təbiətin canlanmasını özündə əks etdirən bir bayram olmaqla yanaşı sülhü, barışı, əmin-amsnlığı özündə birləşdirməyi bacarmışdır.  Bir çox müsəlman dövlətlərində müxtəlif formalarda qeyd olunan Novruz bayramı dini və milli adət- ənənələrdən, inanclardan irəli gələn qayda  qanunlarla həyata keçirilir. Bu bayram baharın gəlişi, torpağın oyanışı, bərəkət rəmzi kimi qəbul olunur.
Novruz bayramında təşkil olunan kütləvi bayram şənlikləri xalqımızın birlik-bərabərlik və həmrəyliyindən xəbər verir. Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə hər il Novruz bayramında el şənliklərində iştirak edən Ulu Öndər Heydər Əliyev xalqımızın milli bayramına böyük önəm verirdi. Novruz bayramının mahiyyətini izah edən dəyərəli fikirlər söyləyirdi. Eyni zamanda bildirmişdir ki, böyük mənəvi gücə malik olan "Novruz bayramı" ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. 
 Müsətqil Azərbaycan dövlətinin milli bayramı olan "Novruz" xalqımız tərəfindən son illər daha böyük coşqu və təntənə ilə qeyd olunur. Ölkə başçısı cənab İlham Əliyev hər il Novruz bayramı münasibətilə xalqı təbrik edir, keçirilən el şənliklərində iştirak edir. Azərbaycan xalqının qədim adət-ənənələrini özündə cəmləşdirən "Novruz bayramı"- xalqımızın milli bayramı olaraq artıq bütün dünyada geniş təbliğ edilir. Müstəqilliyi əldə etdikdən  sonra İşğal olunmuş torpaqlarımızın azad edilməsi və həmin ərazilərdə digər bayramlarla bərabər Novruz bayramının da qeyd olunmasını xalqımız böyük həsrətlə gözləyirdi. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və xalqımız artıq  həmin ərazilərdə Zəfər təntənəsi ilə Novruz bayramını qeyd edir. Baş redaktor Kamran Orucov başda olmaqla  Vətənim Azerbaycandır.az xeber portalı kollektivi Novruz bayramının Dünyamıza Sülh, Vətənimizə əmin-amanlıq, elimizə xoşbəxtlik, süfrəmizə ruzi-bərəkət, qəlbimizə isə sevinc dolu əhval-ruhiyyə ilə qədəm qoymasını Uca Tanrıdan diləyirik.. 
 Novruz bayramınız mübarək əzizlərim !

Vətənim Azərbaycandır.az 
İcraçı direktor: Naile Muradova.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI