14:49 - İlham Əliyevin Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib - İLKİN NƏTİCƏLƏR
14:40 - Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
14:39 - Azərbaycanla BƏƏ hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalayıb
13:54 - Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə PUA təlimi keçirilir
13:48 - Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
13:44 - Görkəmli şair Seyid Əzim Şirvaninin anadan olmasından 190 il ötür
13:42 - 9 iyul - Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür
12:52 - Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir, icazə müddəti 5 günədək artırılıb
12:50 - Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib
12:46 - Polis cərimələrinin 5 faizi sosial müdafiə xəzinəsinə yönəldiləcək – QANUN DƏYİŞDİ
12:42 - Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
12:41 - Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib
12:40 - Mikayıl Cabbarov dayanıqlı inkişaf perspektivləri ilə bağlı panel müzakirədə iştirak edib
12:35 - Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Ağstafa şəhidi Əliheydər Hüseynlinin xatirəsinə həsr olunan kitab Təhsil ocaqlarına təqdim olundu
Vetenim-Azerbaycandir.az
13 aprel tarixində şairə Esmira Günəş Ağstafanın Qırılı kəndinin şəhidi Əliheydər Hüseynlinin xatirəsinə həsr etdiyi "Oğul düşmən çəpəridir" kitabları ilə birlikdə şəhidimizin ailəsini ziyarət etdi. Şairə xanım 14 apreldə ad günü olacaq şəhidimizin ailəsiylə həmsöhbət olduqdan sonra üz tutdu şəhidimizin təhsil aldığı Ağstafa rayonunda fəaliyyət göstərən Texniki Təmayüllü Liseyə. Kitabdan liseyin kitabxanası üçün hədiyyə verdikdən sonra şəhidimizin bacıları ilə birlikdə Ağstafa rayon Təhsil Şöbəsinə yola düşdülər. Təhsil şöbəsində şəxsən Mədəd Zeynalov şahidimizin ailəsini və şairə Esmira Günəşi böyük hörmət və ehtiramla qarşıladı. Rəhbərliklə görüşdən sonra şair-publisist AYB və AJB-nin üzvü Əli Cəfəroğlu qonaqları qəbul etdi. Şairə Esmira Günəş Əli müəllim üçün də imzalı kitab verdikdən sonra şəhidimizin ilk təhsil ocağı S.Əliyev adına Qırılı kənd tam orta məktəbində qonaq oldu. Məktəbin direktoru Gültəkin İsmayılova şairəni qarşılayaraq məktəbin şəhidləri ilə bağlı geniş məlumat verdi. Onlar birlikdə Əliheydərin sinifində olub xatirələrini təkrar yada saldılar. Məktəbin dəhlizində birinci Qarabağ savaşının şəhidləri ilə yanaşı həm də ikinci Qarabağ savaşında olan məktəbin beş məzun şəhidinin də şəkli ayrıca divardan asılmışdı. Gültəkin müəllimənin şəhidlərimizə olan diqqəti, məktəbdə şagirdlərin vətənpərvər ruhda yetişdirilməsi şairənin gözündən yayınmadı. Onu da qeyd edək ki, Təsil şöbəsinin rəhbərliyi Mədəd Zeynalov və Qırılı kənd tam orta məktəbinin direktoru Gültəkin müəllimə kitabla bağlı xoş sözlərini dilə gətirərək, ən qısa zamanda təqdimatların onlayn təşkil olunacağını, şəhidimizin bütün təhsil ocaqlarında tanıdılacağını bildirdilər.
Sonda kitabın müəllifi və şəhidimizin ailəsi şəhidimizə dəyər verən hər kəsə təşəkkürünü bildirdi.
"Oğul düşmən çəpəridir!" Kitabı Ağıstafanın təhsil ocaqlarında yer aldı.
Ruhun şad olsun, şəhidim!