Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Kitabsevərlərin dostu Librakitab

Kitabsevərlərin dostu Librakitab
7-02-2021, 17:19 1 434 dəfə baxılıb

Vətənim-Azərbaycandir.az
“Libra kitab”1. Neçənci ildən, kimin təşəbbüsü ilə fəaliyyət göstərir? “Libra kitab” nəşriyyatı əsasən uşaq, yeniyetmə və gənclər üçün kitablar nəşr edir. Nəşriyyatımız 2018-ci ildən fəaliyyət göstərir. Nəşriyyatın təsisçisi və direktoru AMEA-nın Geologiya və Geofizika İnstitutunun Geotermiya şöbəsinin böyük elmi işçisi Veysəl Məmmədovdur. 2. Fəaliyyətinin əsas məqsədi nədir? Uşaq ədəbiyyatı həm çoxyönlü, həm də məsuliyyətli sahədir. Bu sahədə iş görmək ölkəmizin gələcəyinə sərmayə qoymaq deməkdir. “Libra kitab” nəşriyyatının məqsədi də məhz uşaq ədəbiyyatı sahəsində faydalı və orijinal nəşrlər ortaya qoymaq, bu sahəni öz töhfələri ilə zənginləşdirməkdir.  3. Bu günə qədər təxmini nə qədər kitab çap olunub? Bu günə qədər nəşriyyatımızda 70-dən artıq kitab nəşr edilib. Daha bir neçə kitabımız da çapa hazırdır. Yaxın vaxtlarda onlar da oxucularımızın ixtiyarına veriləcək.  4. Daha çox nəşrləriniz hansı yaş uşaqlar üçün nəzərdə tutulub. Uşaqlara kitab hazırlanarkən bir neçə yaş kateqoriyası əsas götürülür. Əsasən 2-4, 5-6, 7-10 və 10-16 yaş kateqoriyaları üzrə kitablar çap edirik. Bu yaş kateqoriyaları məzmun, süjet, mövzu və rəsm   seçimində əsas rol oynayır. Təbii ki, 2-4 yaşlı uşaqlar üçün oxunan nağıllar 7-10 yaşlı uşaqlar üçün seçilmiş nağıllarla həcm və məzmunca eyni ola bilməz.  Ümumilikdə 8 yaşa qədər əsasən nağıl və hekayə kitabları nəzərdə tuturuq. 8 yaşdan yuxarı uşaqlar üçün isə klassik uşaq ədəbiyyatı və yerli müəlliflərin əsərləri nəşr edilir.  5. Yenilikləriniz varmı? “Libra kitab” nəşriyyatı çalışır ki, bütün nəşrləri orijinal və faydalı olsun. Uşaqların dünyasına uyğun ünsürləri ehtiva etsin. Uşaqların xəyal dünyasını, biliklərini zənginləşdirsin. Onlara gələcək həyatlarında faydalı olsun.  Ona görə də kitablar seçilərkən hərtərəfli yoxlanılır, ekspertlərin − pedaqoq və psixoloqların rəyi alınır. Nəşriyyat bütün kitablarını ekspert rəyi ilə çap etdirir. Nəşriyyatın devizi də elə budur: Müəllim və psixoloqların tövsiyəsi ilə çap olunan kitablar! “Libra kitab” artıq bir neçə sahədə orijinal kitablar nəşr edib. Gözəl davranışlara aid bir-birindən maraqlı hekayələr 10 kitablıq hekayə silsiləsi şəklində işıq üzü görüb. Bu hekayələrdə çalışqanlıq, dürüstlük, mərhəmət kimi gözəl məziyyətlər aşılanır. “Libra kitab” uşaq və yeniyetmələri dünya ədəbiyyatının inciləri ilə tanış etmək məqsədilə 10-dan artıq klassik əsəri ilk Azərbaycan dilində çap etdirmişdir.  Bu silsilədə Jül Vernin, Hektor Malo, Redyard Kiplinq kimi böyük yazıçıların əsərləri var. Bu klassik romanlar ilk dəfə uşaq və yeniyetmə oxucuların səviyyəsinə uyğun ixtisarla nəşr edilib.  Bu silsilə bundan sonra da digər klassik əsərlərlə davam etdiriləcək. “Libra kitab” dünya uşaq klassikasının bir neçə qiymətli nümunələrini də tam şəkildə çap etmişdir. Edit Nesbitin “Xəzinə axtaranların macəraları”, Tomas Hardinin “Qərbi Poley macəramız” əsərləri Azərbaycan dilində ilk dəfə məhz Libra kitab”da işıq üzü görüb. Feliks Saltenin məşhur “Bembi” romanı isə Sovet nəşri əsasında yenidən çap edilmişdir. “Libra Kitab”ın orijinal tərtibatlı nəşrlərindən biri də “Göydən düşən nağıllar” silsiləsidir. 5 kitabdan ibarət bu silsilədə uşaq yazıçılarının bir-birindən maraqlı nağılları toplanıb. Silsilə rus dilində də çap edilib. Uşaqların diqqət və əl bacarığını inkişaf etdirmək məqsədilə “Öyrədici rəngləmə 1. Əlifba” kitabını da rus və Azərbaycan dillərində çap etmişik. Bundan başqa, 3-5 yaşlı uşaqlara ətraf aləmdəki əşyaları 3 dildə öyrədən “Mənim ilk sözlərim” seriyası da valideynlər tərəfindən maraqla qarşılanıb. Bu seriyaya 8 kitab daxildir. Nağıl mövzusunda sonuncu nəşr beş kitablıq anlama-qavrama qabiliyyətini inkişaf etdirən nağıllar silsiləsidir. Nəşriyyatımız ibtidai sinif şagirdlərini də unutmayıb. Belə ki, nəşriyyatımızda 1-4-cü siniflər üçün riyaziyyat test kitabçaları nəşr olunub. Nəşriyyatımızın maraq doğuran nəşrlərindən biri də “Dünya ölkələrinin bayraqları” kitabıdır. Həmin kitabda dünya ölkələrinin bayraqlarının yaranma tarixi, rənglərinin mənası və s. haqqında ətraflı məlumat verilib. “Enneaqram” və “Danışan şəkillər” kitabları isə valideynlər üçün nəzərdə tutulmuş dəyərli nəşrlərimizdəndir.  6. İstənilən yaş həddində olan uşaqlar üçün “Libra kitab”da kitab tapmaq mümkündürmü? Bəli, nəşriyyatımızda 3-5 yaşlı uşaqlardan tutmuş, yuxarı sinif şagirdlərinə qədər bütün gənc oxucular üçün bir çox səpkilərdə kitablar mövcuddur. 7. Hal-hazırda valideynlər hansı endirimlərinizdən yararlana bilərlər? Uşaq və yeniyetmələrin daha çox kitabdan faydalanmaları üçün müxtəlif kampaniyalar təşkil edirik.  Məsələn, valideynlər “Övladımın ilk sözləri”, “7 kitab 33 nağıl”, “8-12 yaş qızlar üçün”, “8-12 yaş oğlanlar üçün” kampaniyalarında kitabları endirimli qiymətlərlə əldə edə bilərlər. Bundan əlavə, bu kampaniyalarda və eləcə də 15 AZN-dən yuxarı kitab sifarişlərində ünvana çatdırılma xidmətimiz də vardır. Nicat Əliyev “Libra kitab” nəşriyyatının redaktoru

 


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI