17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
İsveçdə “Yaz təravətli Bahar - Novruz bayramı” tədbiri qeyd edilib.
Vetenim-Azerbaycandir.az
İsveç Azərbaycanlılarının Koordinasiya Şurası və İsveç-Azərbaycan Kültür dərnəyi ODLAR YURDU birlikdə Bahar bayramı münasibətilə 21 martda ”Yaz təravətli Bahar - Novruz bayramı” adlı məsafədən video tədbir keçirib.
Şuranın sədri İradə Əliyeva Söderberg və dərnəyin sədri, bahar qızı Sevinc Bakılı Nemətova tədbirin iştirakçılarını salamlayıb, birlik, bərabərlik, qardaşlıq, bolluq və bərəkət rəmzi olan Novruz bayramı münasibətilə hamını ürəkdən təbrik ediblər.
Tədbirdə Azərbaycandan, Amerikadan, Türkiyədən və İsveçdən həmvətənlər iştirak ediblər.
Bu gözəl bayram günündə əziz şəhidlərimizin ruhu hörmətlə anılıb, fədakar şəhid ailələrinə, igid qazilərimizə və veteranlarımıza minnətdarlıq bildirilib, işğalda qalan digər ərazilərimizə və əsirlərimizə azadlıq arzulanıb.
Bu tədbirdə Novruz bayramı ilə bağlı təbriklər, musiqilər, bayatılar, şeirlər və bayram xatirələri birlikdə dinlənilib və Azərbaycan mahnıları birlikdə oxunulub.
Dərnəyin fəal üzvü Gülüş Nemətova tədbirin əyləncəli hissəsində Azərbaycan musiqisindən ibarət olan canlı, gözəl, şən ifaları ilə hamını şənləndirib, sevindirib və tədbirə xoş, gözəl, rəngarəng, nəğməli bayram ovqatı qatıb.
Sonda tədbirin təşkilatçıları iştirakçılara təşəkkür edib, hamı bir-birinə, Odlar Yurdu Azərbaycanımıza, xalqımıza bahar əhval-ruhiyyəsi, ovqatı, sevgi, xoşbəxtlik, sevinc, təbəssüm, bol ruzi-bərəkət, firavan həyat, əmin-amanlıq, xoş, gözəl günlər, bol-bol uğurlar arzulayıblar.
İsveçdə “Yaz təravətli Bahar - Novruz bayramı” adlı məsafədən video tədbir şən, rəngarəng, maarifləndirici və maraqlı keçib