13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Xocalı Soyqırımının 29 illiyi İsveçdə anıldı
Vetenim-Azerbaycandir.az
İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının təşəbbüsü ilə Norveç və Finlandiya Azərbaycanlılarının Koordinasiya Şuraları ilə birlikdə Xocalı Soyqırımı şəhidlərinin anım toplantısı keçirildi.
Xocalı Soyqırımının 29-cu ildönümünə həsr olunmuş toplantıda İsveçin, Norveçin, Finlandiyanın, Almaniyanın, Türkiyənin və Azərbaycanın bir cox təskilatlarının, dərnəklərinin təmsilçiləri, bədii qiraət ustaları və onların yetirmələri istirak etmişlər.
İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi İradə Əliyeva Söderberg toplantıını açıq elan edib, iştirakçıları salamlamışdır. Sonra iştirkçıları anım toplantısının proqramı ilə tanış etmişdir.
İsveç-Azərbaycan Kültür Dərnəyi ODLAR YURDU-nun sədri Sevinc Nemətova (Bakılı) Xocalı Soyqırımı zamanı qətlə yetirilənlərin, şəhidlərimizin əziz xatirəsini dərin hüznlə yad etmiş və doğma Azərbaycanımızdan dəvət etdiyi, Xocalı Soyqırımı haqqında hazırladıqları çıxış və şeirləri ilə toplantıda iştirak edən bir qrup uşaqlarımızı, gənclərimizi və onların müəllimini həmvətənlərimizə təqdim etmişdir.
Anım toplantısında tarix üzrə fəlsəfə doktoru, dosent Boran Əziz “Xocalı Soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri” mövzusunda çıxış etmişdir.
Sonra siyasətçi, tarix elmlər namizədi, dosent, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Xocalının rəsmi statusu, Xocalıya hökmən qayıdacağımızla bağlı fikirlərini bildirmişdir. Anım toplantısında bədii qiraət ustası Bəhiyyə Nağıyeva və onun şagirdləri – “Xəzər” bədii qiraət dərnəyinin üzvləri gözəl poeziya çələngi ilə çıxış etmişdilər.
Toplantıda başqa qonaqlara və həmvətənlərə bu barədə söz deməyə və suallar verməyə imkan yaradılmışdır. Mühazirəçilər iştirakçıların müxtəlif suallarını cavablandırmışlar.
Toplantıda həmçinin Şirzad Pirallahi və Günay Məmmədova “Şəhid andı” şeirini iştirakçılara təqdim etmişdirlər.
Sonda İradə Əliyeva Söderberq Xocalı Soyqırımının 29-cu ildönümünə həsr olunmus məsafədən toplantıda iştiraklarına görə hamıya tək-tək təşəkkür etmişdir.
Bir sözlə, Xocalı Soyqırımı şəhidlərinin anım toplantısı yüksək səviyyədə, maraqlı və rəngarəng keçirilmişdir.