13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
İsveçdə “Ana dilim-Şirin dilim” adlı tədbir keçirilib
İsveç Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü, Şuraya üzv “Odlar Yurdu” İsveç-Azərbaycan Kültür Dərnəyi, İsveç, Norveç, Finlandiya Azərbaycanlılarının Koordinasiya Şuralarının təşkilatçılığı ilə Beynəlxalq Ana dili gününə həsr olunmuş “Ana dilim-Şirin dilim” adlı tədbir keçirilib. Tədbirdə “Odlar Yurdu” İsveç-Azərbaycan Kültür Dərnəyinin sədri Sevinc Nemətova, Koordinasiya Şurasının İsveç, Norveç, Finlandiya üzrə əlaqələndiriciləri İradə Əliyeva Söderberg, Ramil Əliyev, Ülviyyə Cabbarova,Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, həmçinin, adı çəkilən üç ölkədə, o cümlədən, Almaniya, Azərbaycandan olan soydaşlarımız iştirak ediblər. Tədbirdə çıxış edənlər Beynəlxalq Ana dili gününün tarixi və mahiyyəti barədə danışaraq bildiriblər ki, Ana dili hər bir xalqın mədəniyyətinin güzgüsü, milli-mədəni sərvətidir. Hər biri dili yaşadan, zənginləşdirən isə xalqdır. Çıxışçılar qeyd ediblər ki, hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir insan öz Ana dilini bilməli, qorumalı və gələcək nəsillərə ötürməlidir. Tədbirdə Azərbaycan dilinin əlaqəli şəkildə Skandinaviya ölkələrində tədris və tədbirinin genişləndirilməsi və struktdurlaşması təşəbbüsü irəli sürülüb. Tədbir azyaşlı soydaşlarımızın ifasında Ana dilinə həsr olunmuş şeirlərlə davam edib. Vetenim-Azerbaycndir.az Kamran Orucov