17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Bakıda iki qardaş bıçaqlandı, biri öldü - Yenilənib
Bakıda qətl hadisəsi törədilib.
Vetenim-azerbaycandır.az “Report”a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Lökbatan qəsəbəsində iki qardaş - 1998-ci il təvəllüdlü Cəfərov Kamil Məhəmməd oğlu və 2001-ci il təvəllüdlü Cəfərov Samir Məhəmməd oğlu mübahisə zəminində bıçaqlanıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar. Lakin həkimlərin səyinə baxmayaraq, beş bıçaq xəsarəti alan K.Cəfərovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
***
Qaradağ rayon prokurorluğu sözügedən hadisə ilə bağlı məlumat yayıb.
Qeyd olunub ki, sentyabrın 22-si saat 23 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Kamil Cəfərovun öldürülməsi, qardaşı 2001-ci il təvəllüdlü Samir Cəfərova isə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişlərin tanışı 1997-ci il təvəllüdlü Sərxan Dadaşovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Kamil Cəfərova çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə, sonuncunun qardaşı Samir Cəfərova isə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sərxan Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.